Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «Beynəlxalq münasibətlər mövzusu media müstəvisində» adlı “dəyirmi masa” keçiriləcək

Oktyabrın 31-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında

Oktyabrın 31-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında «Beynəlxalq münasibətlər mövzusu media müstəvisində» adlı “dəyirmi masa” keçiriləcək.

MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə gerçəkləşdirilməkdə olan “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunacaq tədbirdə kütləvi informasiya vasitələrinin rəhbərləri, media ekspertləri, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, ictimai-siyasi xadimlər iştirak edəcəklər.

“Dəyirmi masa”da sözügedən layihə çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat veriləcək, eyni zamanda KİV-lərimizin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətinə, ümumən ölkə jurnalistlərinin qlobal beynəlxalq proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərə çarpan peşəkarlıq xüsusiyyətlərinə diqqət yetiriləcək.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »