Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
ABŞ Səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

MŞ və Səfirlik birgə təqdimat mərasimi keçirəcək

Bu gün ABŞ Səfirliyinin mətbuat müşaviri Kis Bin Azərbaycan Mətbuat Şurasında olub. Şuranın fəaliyyət istiqamətləri, ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyət ətrafında fikir mübadilələrinin aparıldığı görüşdə jurnalistlərin kütləvi aksiyaları işıqlandırma xüsusiyyətləri də müzakirə olunub.

MŞ sədri Əflatun Amaşov ölkədə mətbuatın durumu ilə bağlı məlumat verərkən bildirib ki, kütləvi informasiya vasitələrinin başlıca problemi onların özlərini maliyyələşdirməkdə çətinlik çəkmələridir. Bunun aradan qaldırılmasına yönələn bir sıra tədbirlərin həyata keçirildiyini deyən Şura sədri mövcud istiqamətdəki səylərin artırılmasına ehtiyacın duyulduğunu bildirib. O qeyd edib ki, Mətbuat Şurası xüsusən də KİV-lərdə rəsmi qurumların elan və reklamlarının yerləşdirilməsinə dair beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə çalışır.

Ə.Amaşov jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları məsələsinə də toxunub. MŞ sədri bununla bağlı vəziyyətin öyrənilməsi, aksiyalar zamanı peşə fəaliyyətini yerinə yetirən KİV təmsilçilərinə zəruri şəraitin yaradılması məsələsinin hüquq-mühafizə orqanları ilə müzakirə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, üzərində «PRESS» yazılmış gödəkçələrdə olan jurnalistlər icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq bütün mitinqlərdə öz vəzifə borclarını sərbəst şəkildə yerinə yetirə bilirlər.

ABŞ Səfirliyinin mətbuat müşaviri K.Bin Azərbaycanda medianın durumunun, ümumilikdə söz və mətbuat azadlığı sahəsindəki vəziyyətin Birləşmiş Ştatlar tərəfindən daim diqqətdə saxlanıldığını deyib. O, Səfirliyin mövcud istiqamətdəki təşəbbüsləri dəstəkləmək üçün praktik və nəzəri vəsaitlərin hazırlanması istiqamətində iş apardığını diqqətə çatdırıb. Cənab Bin həmçinin məlumat verib ki, yaxın günlərdə Minnesota Universitetinin jurnalistika və kütləvi kommunikasiyalar fakultəsinin professoru Ceyn Körtlinin ABŞ Dövlət Departamenti və Beynəlxalq Məlumat Proqramları Börosunun xətti ilə nəşr edilən «Media hüququ» məlumat kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur. Kitabın Azərbaycan dilinə təcrübə edildiyini vurğulayan mətbuat müşaviri vəsait müəllifinin yaxın vaxtlarda Azərbaycana gələcəyini də bildirib. Görüşdə «Media hüququ» məlumat kitabçasının təqdimat mərasiminin ABŞ Səfirliyi və Azərbaycan Mətbuat Şurası tərəfindən birgə düzənlənməsinə dair razılığa gəlinib.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »