Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «Xarici ölkələrin jurnalistikası tarixi» dərsliyinin təqdimatı keçiriləcək

Fevralın 22-də saat 12.00-da

Fevralın 22-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Həmid Vəliyevin «Xarici ölkələrin jurnalistikası tarixi» kitabının təqdimatı keçiriləcək.

Elmi redaktorları filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya elmləri namizədi, dosent Vüqar Əliyev olan dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək keçən müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilib, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilib, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilib.

Universitetlərin jurnalistika, filologiya fakultələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistika tarixini tədris edən müəllimlər, habelə ümumilikdə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuş kitabın rəyçiləri BDU-nun müəllimləri - professor Vaqif Arzumanlı, dosent Sabir Məmmədov, həmçinin Bakı Slavyan Universitetinin jurnalistika fakultəsinin filologiya üzrə fəlsəfə doktoru Şahbaz Musayev və Xəzər Universitetinin jurnalistika departamentinin pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslandır.

Qeyd edək ki, təqdimat mərasimində MŞ İdarə Heyətinin üzvləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri, BDU-nun müəllim kollektivi və tələbələr  iştirak edəcəklər.



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »