Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tanınmış jurnalist Nicat Dağlar Mətbuat Şurasında olub

Şura sədri Əflatun Amaşov teleqraf.az saytının baş redaktoru ilə görüşdə onun sağlamlıq durumu ilə maraqlanıb

Bu gün tanınmış jurnalist Nicat Dağlar Azərbaycan Mətbuat Şurasında olub. Şura sədri Əflatun Amaşov teleqraf.az saytının baş redaktoru ilə görüşdə onun sağlamlıq durumu ilə maraqlanıb. Leykosit xəstəliyindən müalicə olunan jurnalist 12 gün öncə Almaniyadan qayıtdığını, mərhələnin uğurla başa çatdığını, gələn ilin fevralında bu məqsədlə yenidən ora dönəcəyini bildirib.

O, özünü ilkin müalicəsinə başlanılan dövrə nisbətdə daha yaxşı hiss etdiyini, aktiv yaradıcılığına qayıtmaq niyyətində olduğunu deyib: “Həyatda yaşamağıma, ailəmə, doğmalarıma, həmkarlarıma qovuşmağıma, peşə fəaliyyətimi davam etdirmək imkanı qazandığıma görə ilk növbədə prezidentimiz İlham Əliyevə borcluyam.  Həyatımın ən ağır məqamında mənə böyük insani diqqət və qayğı göstərildi. Dövlət müalicə xərclərimi öz üzərinə götürdü. Almaniyada elə şərait yaradılmışdı ki, sanki doğma Bakımızda idim. Həmin günlərdə müaəlicəmlə bağlı məsələlərə diqqətlə yanaşdığına görə Mətbuat Şurasına da minnətdaram”.

MŞ sədri baş redaktorun sağlamlıq durumunda yaranan müsbət irəliləyişlərdən məmnun qaldığını söyləyib. Eyni zamanda jurnalisti yeni mənzil alması münasibətilə də təbrik edib, ona həmin ünvanda xoş günlər arzulayıb. Ə.Amaşov Azərbaycanda bütün cəmiyyət üzvləri kimi jurnalistlərin də problemlərinin həllinin dövlət başçısının diqqətində saxlanıldığını bildirərək, belə həssaslığın ilk növbədə dərin humanizm hissindən irəli gəldiyini vurğulayıb. Şura sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsinin də adekvat münasibətin təzahürü olduğunu söyləyib.

Görüşdə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə də iştirak edib.
   


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »