Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Avropa Mətbuat Şuraları Alyansının XII illk toplantısı işinə başlayır

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə iştirak edəcək

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında iştirak etmək üçün Hollandiyaya yola düşüb. Tədbir noyabrın 4-5-də ölkənin paytaxtı Amsterdamda baş tutacaq.

Toplantıda alyansa üzv 30-dan artıq ölkənin mətbuat şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan Mətbuat Şurasının hesabatı və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı müzakirəyə çıxarılacaq. 

Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafına, mətbuat şuralarının fəaliyyət istiqamətlərinə, onlayn jurnalistikanın cəmiyyətdəki yerinə, internetdə gedəm çateriallarda peşə prinsiplərinin gözlənilməsinə dair diskussiyaların aparılması da daxildir. Qeyd edək ki, sonuncu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasında müzakirələrə başlanılıb və saytların fəaliyyətinə dair bir fakt araşdırılıb. Şura sədri çıxışında həmçinin bu məsələyə də toxunacaq.

Ə.Amaşov səfər çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »