Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

-

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dünyada heç bir ölkənin digər ölkə ilə əlaqələri Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri səviyyəsində deyil. Bu, əldə etdiyimiz ən böyük dəyər, nəsillərə qalacaq mirasımızdır. 

MŞ sədri həmçinin Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini önə çəkərək Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilmiş 13-cü sammitindəki çıxışı üzərində dayanıb. Ə.Amaşov bildirib ki, qardaş ölkənin dövlət başçısının fikirləri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinə verilmiş böyük dəstəyin növbəti nümunəsidir və bu, istər Azərbaycan cəmiyyətində, istərsə də mediasında əminliyi möhkəmləndirir. 

Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı yüksək statusunun qazanılmasında medianın rolunun son dərəcə əhəmiyyətli olduğunu vurğulayan deputat onu da qeyd edib ki, hər iki ölkənin türk xalqlarının inteqrasiyası ilə bağlı həyata keçirdiyi işlərdə də kütləvi informasiya vasitələri son dərəcə fəaldır. Ə.Amaşov bu baxımdan gerçəkləşdirilmiş tədbirlərə diqqət çəkib. 

Türkiyənin Azərbaycandakı səfiri E.Özoral rəhbərlik etdiyi diplomatik missiyanın fəaliyyətində media ilə təmasların hər zaman aktual əhəmiyyət daşıdığını bildirib. Bu mənada Türkiyə Səfirliyinin Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığının vacibliyini vurğulayıb. 

E.Özoral qarşılıqlı münasibətlərin faydalı tərəflərinə diqqət çəkərək bildirib ki, hər iki ölkə jurnalistləri arasında əlaqələri daha da möhkəmləndirmək üçün qarşılıqlı səfərlərin sayını, ortaq məqsəd və mənafelərin qorunmasında medianın rolunu artırmağa yönələn müzakirələrin təşkili mütləqdir. 



 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »