Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Fikrət Mursaqulovun anım günü

-

Tədbirdə onun rus dilinə çevrilən «Təsəlli» kitabı da təqdim olunub

Azərbaycan Mətbuat Şurasında həyatdan vaxtsız getmiş jurnalist-publisist, şair-ədəbiyyatşünas Fikrət Mursaqulovun xatirə günü keçirilib. Həmin gün nakam şairin  rus dilinə çevrilmiş «Təsəlli» («Uteşeniye») kitabı oxuculara təqdim  olunub.

Mərasimi giriş sözü ilə acan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq gözdən əlil olsa da 34 illik ömründə özünü  ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər  ziyalı  kimi tanıtmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyərlərdən danışıb.

Dilçi ədəbiyyatşünas İlham Abbasov mərhum  dostunun ömür yolu və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə geniş məlumat verib.

Avrasiya Beynəlxalq Mətbuat Fondunun  sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu Fikrətin ədəbi -estetik idealının mükəmməlliyini və milliliyini  vurğulamışdır.

Xatirə günündə Fikrət Mursaqulovun tələbə dostları Məzahir Süleymanzadə, Fimar Asimqızı, Aybəniz Məmmədəliyeva, Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənli və başqaları xatirələrini söyləyiblər.

Fikrətin orta təhsil aldığı gözdən əllilər məktəbinin yetirmələri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov sənətkarın ömür yolunun onlar üçün həyat sevgisi dolu parlaq örnək olduğunu bildiriblər.

Xatırladaq ki, «Təsəlli» kitabını rus dilinə Fikrət irsinin qoruyucusu şair-tərçüməçi Giya Paçxataşvili  çevirib. Nəşrin redaktoru İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba geniş ön söz yazıb.

 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »