Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin «Apellyasiya qrupu»nun iclası keçirilib

Ötən iclasdan keçən müddətdə «apellyasiya qrupu»na ümumilikdə 30-dan artıq təqdimat olub

 

Bu gün Azərbaycan Mətbuat Şurasının «apellyasiya qrupu»nun növbəti iclası keçirilib. Toplantını açan qrupun sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, ötən iclasdan keçən müddətdə «apellyasiya qrupu»na ümumilikdə 30-dan artıq təqdimat olub. Onların 20-i hazırda müzakirəyə çıxarılır.

Qeyd edək ki, MŞ-nin «apellyasiya qrupu» «qara siyahı»da yer alan KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərin araşdırılması məqsədilə yaradılıb. V.Rəhimzadə ötən müddətdə bununla bağlı faktların eyni zamanda Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında da müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Komissiya üzvü, MŞ sədrinin müavini Müşfiq Ələsgərli vurğulayıb ki, müraciətlərin araşdırılması prosesində «Reket jurnalistika» ilə mübarizə Komissiyanın rəyinin nəzərə alınması müraciət müəllifləri olan qəzetlərin konkret hansı səbəbdən siyahıya düşmələrinin motivlərinə geniş aydınlıq gətirmək nöqteyi-nəzərdən əhəmiyyətlidir.

Komissiyanın digər üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas isə bildirib ki, «qara siyahı»dan çıxmaq üçün müraciət edənlərin bəzilərinin vaxtilə siyahıya düşmələrinə əsas verən hərəkətlərin motivləri məsələlərə daha ehtiyatla yanaşmağı zəruriləşdirir. «Reket nəşr»lərin müəyyənləşdiriliməsinə dair Təlimatın şərtləri ciddi şəkildə gözlənilməlidir.

Komissiya üzvləri müzakirələrdən sonra 3 nəşrin adının «qara siyahı»dan çıxarılması barədə MŞ İdarə Heyətinə müvafiq təqdimatın göndərilməsi rəyinə gəliblər. İclasda həmçinin rəyə gəlinib ki, digər nəşrlərlə bağlı monitorinqlər davam etdirilsin. 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »