Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MÜSABİQƏ ELANI

-

Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli-mənəvi dəyərlər və müasirlik mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. 

 

I. Mükafatlandırma

 

 

I yer - 1000 manat;

II yer - 700 manat;

III yer - 500 manat.

 

Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat

 

Müsabiqədə yer tutacaq şəxslərin adları 2015-ci il iyun ayının 15-dək açıqlanacaq.

 

III. Müsabiqə şərtləri

 

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

 

▪ Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
▪ Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
▪ İfadə vasitələrinin zənginliyi;
▪ Oxucu üçün informasiyalılıq dərəcəsi;
▪ Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

 

Müsabiqəyə 2015-cü ilin may ayının 1-dən iyun ayının 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. 

 

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; 

 

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

 

Yazıda “Azərbaycan Respublikası  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik”mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

 

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. 

 

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də 

verilməsi şərt deyil.

 

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

 

IV. Yazıların təqdim edilməsi

 

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

 

Təqdimat zərfində yer almalıdır:

 

▪ yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti; 

 

▪ yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

 

▪ yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu; 

 

▪ müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə)

 

▪ yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

 

▪ materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir)

 

▪ diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

 

▪ yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

 

Müsabiqə üçün yazılar may ayının 2-dən iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. 

 

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

 

 

Əlaqə telefonu: 

 

(012) 441 35 96

(050) 534 93 26

(055) 201 99 26

 

 

 


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »