Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq

-

Azərbaycan Mətbuat Şurası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində olacaqlar.

 

Bununla yanaşı Mətbuat Şurasının «qaynar xətt» rejimində fəaliyyət göstərəcək (012) 441 35 96 telefon nömrəsi də saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarında olacaq. Həmçinin səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri gün ərzində (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri ilə də əlaqə saxlaya, üzləşə biləcəkləri mümkün durumlar barədə məlumat verə bilərlər.

 

Qeyd edək ki, «qaynar xətt» rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »