Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tərtərdə milli mətbuatımızn 141 illiyinə həsr olunmuş konfrans keçirilib

-

Bu gün Tərtər rayonunda Azərbaycan milli mətbuatının 141 illiyinə həsr olunmuş konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə düzənlədiyi konfransın iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

 

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda həyata keçirilən quruculuq işlərindən söz açıb. Tərtərin ölkəmizin ictimai fikir tarixində oynadığı rolu önə çəkən icra başçısı onu da bildirib ki, cəbhəyanı bölgə olan rayon mühüm strateji məntəqədir. Burada baş verən proseslərin ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması son dərəcə mühüm əhəmiyyət daşımaqdadır. Belə obyektiv rəyin formalaşması isə əsası Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiqliklə mümkündür. Çünki Həsən bəy jurnalistlik fəaliyyəti göstərməklə yanaşı, həm də böyük vətənpərvər ziyalı idi. Bu gün onun varisləri olan jurnalistlər də vətənpərvərlik dəst-xəttini qoruyub yaşatmalıdırlar.

 

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yaranışının 141 ilini  geridə qoyan mətbuatımız ötən müddətdə şərəfli tarixi yol keçib. «Əkinçi» qəzetinin fəaliyyətə başlaması o dövr Azərbaycanının həyatında olduqca mühüm hadisə idi. Nəşr ictimai fikrə təsir göstərməklə təkcə mətbu ənənələrin formalaşmasına təkan verməyib, ümumilikdə cəmiyyətə o vaxta qədər mövcud olmayan prinsiplər aşılayıb. «Əkinçi»də yazılan hər bir məqalə müəllifinin qismində sonradan fundamental fikrə çevrilib. Məhz onun təsiri nəticəsində XX əsrin əvvəllərində yeni xüsusi dəst-xəttə malik nəşrlər meydana çıxıb. Həmin nəşrlər «Əkinçi»nin daha çox məişətlə bağlı fikirlərinə ictimai-siyasi məzmun gətirirdilər. Yekun nəticə olaraq mətbuat Azərbaycanın XX əsrdə qazandığı ilk dövlət müstəqilliyinin katalizatoruna çevrildi. Cumhuriyyət dövründə 1875-ci ilin 22 iyulundan başlanan yol yeni inkişaf mərhələsinə qədəm qoydu ki, bu isə Rusiya imperiyası daxilindəki eybəcərliklərə adekvat yanaşma baxımından əhəmiyyətli idi», - deyən Ə.Amaşov sovet dövrü Azərbaycan mətbuatının da bütün məhrumiyyətlərə baxmayaraq Həsən bəy Zərdabi ənənələrinə sadiqlik nümayiş etdirdiyini vurğulayıb. O, ənənələrə sadiqlik ruhunun XX əsrdə ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyinin əldə edilməsində misilsiz payının olduğunu diqqətə çatdırıb.

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 141 illiyini qeyd edən milli mətbuatımızın xalqın milli şüur və düşüncəsinin oyanışındakı xidmətlərindən söz açıb. O bildirib ki, Həsən bəy Zərdabi dövrünün böyük azərbaycanlısı olub. «Əkinçi»ni min bir əziyyətlər bahasına ərsəyə gətirib. Həsən bəyin əməyi xalqı üçün görünməmiş fədakarlıqdır, əsl vətənpərvərlik nümunəsidir. Bu nümunə hər zaman aktuallığını saxlamaqdadır. Çünki bir xalq olaraq biz o zaman da, indi də ayrıseçkiliklə üz-üzəyik. Belə durumlarda hər bir jurnalist peşəkarlığını vətənpərvərliklə çulğalaşdırmalıdır», - deyən U.Rəhimoğlu çıxışında həmçinin medianın Dağlıq Qarabağ həqiqətlərinin təbliğindəki missiyasının da Həsən bəy Zərdabi dünyagörüşündəki vətənpərvərliyə sadiqlik üzərində köklənməsinin vacibliyini əsaslandırıb.

 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda media sahəsində aparılan dövlət siyasətində vətənpərvərliyin mühüm yer tutduğunu vurğulayıb. Hazırda medianın prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdıran V.Rəhimzadə görülən işlərin konkret qanunvericik bazası ilə tənzimləndiyini bildirib. Bu baxımdan «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulunu və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vacib məqam kimi önə çəkib.

 

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən söz açıb. Bununla əlaqədar müxtəlif məsələlərə toxunan baş redaktor başlıca uğur kimi medianın ictimai münasibətlər sistemində etibar qazanmasını önə çəkib. O bildirib ki, Həsən bəy Zərdabi «Əkinçi»ni yaradarkən məhz belə bir missiyanın həyata keçməsini arzulayırdı. Çünki vətənpərvər ziyalı kimi hamıdan yaxşı anlayırdı ki, azad mətbuat olmadan xalqın tərəqqisi qeyri-mümkündür.

 

Tədbirdə çıxış edənlərdən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, “Qızıl qələm” mükafatı laureatı Svetlana Əzizova, Tərtər Rayon Ağsaqqllar Şurasının sədri Qədir Allahverdiyev mətbuatın hər zaman mühüm səfərbəredici missiya daşıdığını, katalizator rolunu oynadığını vacib məqam kimi vurğulayıblar. Onlar Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin dərinləşməsində, ədalət prinsiplərinin qorunmasında jurnalistikanın rolunu əsaslandırıblar. Konfransda bu baxımdan qarşıya çıxan problemlər, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.  

 

Müzakirələr gedişində belə qərara alınıb ki, medianın milli vətənpərvərlik mövzusunun işıqlandırılmasındakı aktivliyini artırmaq üçün Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyəti jurnalistlər arasında müsabiqə elan etsin. Bununla bağlı yaxın günlərdə təşkilati və texniki işlərə başlanılması razılaşdırılıb.

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »