Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” fəaliyyətə başladı

-

Təşəbbüs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında həyata keçirilir

Fevralın 16-da “Ramada-Baku” hotelində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin rəsmi açılışı keçirilib.

Mərasimdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Qış məktəbi” iştirakçılarını salamlayıb, onlara Azərbaycan neft sənayesinin tarixi, gələcək perspektivləri haqqında ətraflı məlumat verib, gənc jurnalistlər üçün nəzərdə tutulan layihənin məqsədlərindən danışıb. O bildirib ki, böyük ənənələri olan Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına mühüm töhfələr veriblər. Akademik X.Yusifzadə jurnalistlər üçün təşkil edilən Qış məktəbinin ölkəmizdə ilk belə layihə olduğunu diqqətə çatdırıb və bu layihənin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov reallaşdırılan layihənin gənc jurnalistlərin ixtisaslaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, iştirakçıları mövcud təşəbbüsdən bəhrələnməyə çağırıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid SOCAR-a jurnalistlər üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. O, belə layihələrin gələcəkdə yaş məhdudiyyəti nəzərə alınmadan keçirilməsini təklif edib.

Tədbirdə Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvü və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib.

Açılış mərasimində “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” konkret proqram əsasında reallaşdırılmaqdadır. Layihə çərçivəsində enerji sektorunun bütün sahələrini – neft yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, həmçinin jurnalist etikası, medianın problemləri və s. mövzularda çıxışlar olacaq, təqdimat və diskussiyalar keçiriləcək, iştirakçılar ARDNŞ-in məsul şəxsləri, Mətbuat Şurasının nümayəndələri, ekspertlərlə görüşəcəklər. Qış məktəbi dövründə Şirkətin idarə və müəssislərinə ekskursiyalar təşkil ediləcək ki, bu da istehsalat prosesi ilə yaxından tanışlıq məqsədi daşıyacaq.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »