Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Nəşrin müəllifi M.Miriyevin qızı, pedaqoji elmlər namizədi Ulduz Miriyevadır

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş «Bizim təmkinli əzizimiz» kitabının təqdimatı keçirilib.

 

Tədbiri açan MŞ sədri Əflatun Amaşov uzun və mənalı ömür yolu keçmiş M.Miriyevin Azərbaycanda idman jurnalistikasının inkişafında müstəsna xidmətlərinin olduğunu vurğulayıb. O bildirib ki, müharibə illərində Dövlət Radio Verilişləri Komitəsində siyasi verilişlər şöbəsinə rəhbərlik etmiş Mirpaşa müəllim 1947-ci ildə «Azərbaycan gəncləri» qəzetində redaktor müavini işləyib. 1950-ci ildən 1987-ci ilədək «İdman» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında nəşr 120 min tirajla çıxıb: «Bu qəzet bütün dövrlər üçün nümunəvi idman nəşri sayıla bilər. Tərtibatından tutmuş peşəkarlıq xüsusiyyətlərinədək nəşrdə Mirpaşa Miriyev yaradıcılığının, dəst-xəttinin ruhu duyulub. Həmin ruh indi də yaşadılmaqdadır. Nəşr birbaşa onun adı ilə bağlı idi. O, jurnalistikamızda örnək ola biləcək bir nümunə yaratmışdı».

 

MŞ sədri «Bizim təmkinli əzizimiz» kitabı haqqında məlumat verərək bildirib ki, nəşrin müəllifi M.Miriyevin qızı, pedaqoji elmlər namizədi Ulduz Miriyevadır. Kitabda ustad jurnalistin həyat yolundan, idman jurnalistikasında qazandığı uğurlardan bəhs olunub. Orada həmçinin M.Miriyev yaradıcılığı ilə tanış olanların, jurnalisti tanıyanların, dostlarının, qələm yoldaşlarının və doğmalarının onun haqqındakı xatirələri əksini tapıb.

 

Ə.Amaşov «Bizim təmkinli əzizimiz» kitabının müəllifi U.Miriyevanı Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edib.

 

Tədbirdə çıxış edənlərdən veteran jurnalistlər Oqtay Bayramov, Aydın Əliyev, Altay Zahidov, Məzahir Süleymanzadə,  Fazil Rəhmanzadə, bəstəkar Oqtay Rəcəbov, kinorejissor Ayaz Salayev, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, İdman Jurnalistləri Assosiasiyasının prezidentin Eldar İsmayılov, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev, «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev və başqaları M.Miriyevi tələbkar rəhbər, nəcib və səxavətli insan kimi xarakterizə ediblər. Ustad jurnalistin yaradıcılığının spesifik cəhətlərindən söhbət açaraq bildiriblər ki, Mirpaşa Miriyev məktəbi Azərbaycanın idman jurnalistikasının çoxsaylı qələm sahibinin yetişməsində müstəsna rol oynayıb.

 

«Bizim təmkinli əzizimiz» kitabı barədə söz açan natiqlər onu M.Miriyevin həyat və yaradıcılığının müxtəlif məqamlarına dolğun şəkildə aydınlıq gətirilməsi baxımından gözəl nümunə kimi dəyərləndiriblər. Belə bir nəşrin ərsəyə gəlməsinin vacibliyini idman jurnalistikasına olan marağı daha da gücləndirmək vasitəsi kimi əsaslandırıblar.

 

Sonda çıxış edən «Bizim təmkinli əzizimiz» kitabının müəllifi U.Miriyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 

Qeyd edək ki, «Bizim təmkinli əzizimiz» kitabı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə nəşr olunub.

 

Məlumat üçün bildirək ki, yaradıcılığının böyük hissəsini idman jurnalistikasına bağlamış Mirpaşa Mirismayıl oğlu Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib. Həmin nəşr fəaliyyətini dayandırdıqdan sonra Dövlət Radio Verilişləri Komitəsində işləyib. 1950-ci ildə «Azərbaycan bətən tərbiyəçisi» və «Fizkulturnik Azerbaycana» qəzetlərinə redaktor təyin edilib. Sonradan bu qəzetlərin adları dəyişdirilərək «İdman» və «Sport» olub. 1987-ci ilədək burada çalışan M.Miriyev həmin il təqaüdə çıxıb və «Neftçi» İdman Sağlamlıq Cəmiyyətində sədr müavini kimi ictimai fəaliyyət göstərib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. İdmanla bağlı çoxsaylı kitab müəllifi olan M.Miriyev 2007-ci ilin iyun ayının 12-də vəfat edib.

 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »