Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Səmərqənddə beynəlxalq konfrans keçirilmişdir

“Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi”

Səmərqənd şəhərində “Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi” mövzusunda beynəlxalq konfrans başa çatmışdır. 

MDB və Avropa ölkələrinin media sahəsində tanınmış ekspertlərinin iştirak etdiyi konfransda Azərbaycanı Mətbuat Şurasının sədri Əflatun Amaşov və xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov təmsil etmişlər.
İki gün davam edən tədbirdə “Demokratik və liberal islahatlara nail olmaqda KİV-in rolu və yeri”, “İnformasiya sahəsində iqtisadi mexanizmlərin inkişafı vasitəsilə KİV-in müstəqil və azad fəaliyyətinin möhkəmləndirilməsi”, “KİV-ə dövlət himayəsinin gücləndirilməsi, onların maliyyə sabitliyinin və iqtisadi azadlıqlarının təmin edilməsi” mövzularında sessiyalar keçirilmişdir.
Azərbaycan təmsilçiləri konfransda çıxış etmişlər.

E.Poluxov çıxışında Azərbaycanın dövlət qurumları ilə KİV arasında münasibətlərin yaradılması, bu işdə mətbuat xidmətlərinin rolu, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin iş təcrübəsi, yerli və xarici jurnalistlər arasında əlaqələri və digər məsələlər barədə geniş məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin sülh yolu ilə həllində rəsmi Bakının rolu və təşəbbüslərindən danışan E.Poluxov demişdir ki, bütün bunlara baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün hələ də öz torpaqlarına qayıda bilmirlər.

AzərTac


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »