Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalistlərin seçkini işıqlandırmalarına heç bir maneə yoxdur

-

Mətbuat Şurasının “qaynar xətti” və monitorinq qrupu fəaliyyətini davam etdirir

Saat 14.00-dan 17.00-dək olan müddətdə parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə müraciət daxil olmayıb. Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

MŞ-nin parlament seçkiləri ilə bağlı yaradılmış monitorinq qrupu paytaxtda və ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində seçkinin gedişini izləməkdədirlər. Monitorinq qrupunun tərkibinə həmçinin Şuranın sıralarında təmsil olunan bölgə kütləvi informasiya vasitələrinin əməkdaşları da daxildir.

Şuranın (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq  saat 19.00-dək «qaynar xətt» rejimində fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, saat 08.00-dan 17.00-dək “qaynar xətt”ə cəmi 1 jurnalist tərəfindən müraciət daxil olub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.

.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »