Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu:media monitorinqi başlıca amil kimi» layihəsi üzrə monitorinqin üçüncü həftəsinə yekun vurulub

Monitorinq Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əsasən keçirilib

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi» layihəsi üzrə apardığı monitorinqin üçüncü həftəsinə yekun vurub.

Monitorinqdən məqsəd KİV-lərin seçki ilə bağlı materiallarındakı tendensiyaları nəzərdən keçirməkdən, onları qruplaşdırmaqdan və ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Monitorinq Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əsasən keçirilib. Həmçinin KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınır. Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib.

Monitorinq ölkənin müntəzəm yayımlanan 60-dək gündəlik və həftəlik qəzetində aparılıb. Həmin KİV-lərdə 24.10. - 31.10.2010 tarixləri aralığında gedən materialların ümumi sayı 3037-dir. Bu, ötən hesabat həftəsi ilə müqayisədə 27, ilk hesabat həftəsi ilə müqayisədə 77 material çoxdur. 3037 materialdan 2699-u gündəlik qəzetlərin, 338-i həftəlik qəzetlərin payına düşür. Müvafiq olaraq həftə ərzində seçki ilə bağlı materialların ümumi materiallarla faiz nisbətində də irəliləmə müşahidə olunub. Belə ki, əvvəlki həftə ərzində KİV-lərin seçki ilə bağlı materialları ümumi materialların 29,3, ikinci həftədə 33,4 faizini təşkil edirdisə, bu dəfəki göstərici 39,9-dur.

Seçki materiallarındakı janr xüsusiyyətlərinə gəldikdə, xəbərlər yenə də üstün mövqe tutur. Lakin bu janra müraciət faktları əvvəlki həftələrlə müqayisədə azalıb.

Monitorinqdə peşə prinsiplərinin pozulmasına üç cəhətdən yanaşılıb. Pozuntu faktlarının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərində nəzərdə tutulan bəndlər üzrə dəyərləndirilməsi, hüqiqi dəyərləndirmə, pozuntu faktlarındakı konkret təzahür formalarının dəyərləndirilməsi.

Həftə ərzində seçki ilə bağlı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulmasına dair 158 fakt qeydə alınıb. Bunlardan 131-i gündəlik, 27-i həftəlik qəzetlərin payına düşür. Diqqətçəkən cəhət ötən həftə ilə müqayisədə 11 faktın çox olmasında, həmçinin həftəlik qəzetlərdəki pozuntu faktlarının əvvəlki hesabat həftəsi ilə müqayisədə azlıq təşkil etməsindədir.

Hesabat həftələrilə müqayisədə AJPDQ-nın «Həqiqətə xidmət, dəqiqlik və obyektivlik» adlı I prinsipinin 1.2 bəndinin «jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələ edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir» tələbinin (bu tələb üzrə birinci və ikinci həftənin nəticələri - müvafiq olaraq 28 və 27 pozuntu faktı) pozulmasına 32 dəfə rast gəlinib. Əgər ilk hesabat həftəsində AJPDQ-nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı III prinsipin 3,2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” tələbinin pozulması üzrə 25, ikinci həftədə 30 fakt qeydə alınmışdısa, üçüncü həftədə bu rəqəm 37-dir. Maraqlıdır ki, peşə davranışı qaydalarının digər bəndləri üzrə pozuntu hallarının sayı ötən hesabat həftəsinə nisbətən müəyyən qədər azalıb.


Monitorinq zamanı yazıların diffamasiya baxımından məhkəmə perspektivinin olub-olmaması araşdırılmış, söz və mətbuat azadlığınnın prinsipləri geniş şəkildə əsas tutularaq bir çox məqalələrin ölkənin mövcud qanunvericiliyi ilə ziddiyyət təşkil edən tərəfləri nəzərdən keçirilib. Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilib. Bu xüsusiyyətlər nəzərə alınaraq 19 materialda hüquqi nöqteyi-nəzərdən pozuntu olduğu ehtimalı müəyyən edilib. Qeyd edək ki, bu rəqəm ilk hesabat həftəsində 12 olduğu halda, ikinci həftədə 16-a çatmışdı.

Monitorinq zamanı müəyyən edilmişdir ki, 19 materialdan 10-də birbaşa diffamasiya (cinayət hüququ baxımdan pozuntu) mövcuddur ki, ötən hesabat həftəsində bu rəqəm 11-dir. Diffamasiya yaradan materiallar hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 (böhtan), 148 (təhqir) maddələrinin habelə 283-cü maddəsinin (milli, irqi, dini ayrıseçkiliyin yolverilməzliyi) pozulması faktı kimi qiymətləndirilə bilər. Digər 9 materialda isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununa zidd olan, bəzi şəxslərin mənafeyinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır.

Pozuntu faktlarındakı konkret təzahür formalarına gəlincə, burada balansın gözlənilməməsi, faktın, hadisənin şərait detallarının təhrifi, real olmayan fakta əsaslanan tənqid, faktla müəllifin şərhi arasından fərqin olmaması, müsabihə, çıxış və söylənilənlərin uydurulması, kontekstdən çıxarılmış sitatlarla manipulyasiya, mənbənin gizliliyi prinsipinin pozulması, foto-manipulyasiya, başlığın mətnlə uyğunsuzluğu, siyasi ayrıseçkilik və siyasi mənsubiyyətə görə ayrıseçkilik, vəzifəli şəxsi təhqir, böhtan, şəxsi həyat hüququnu pozma, işgüzar imicə, ada zərbə vurma kimi meyllər nəzərdən keçirilib.

Həftə ərzində gedən materiallarda tənqid və təbliğlə bağlı göstəricilərdə elə bir nəzərəçapcaqa fərq olmasa da, monitorinqi aparılan KİV-lər ötən hesabat həftələri ilə müqayisədə bitərəf namizədlərin təbliğinə daha çox yer ayırıblar. İqtidar namizədlərinin təbliği ilə əlaqədar faiz göstəricilərində cüzi geriləmə müşahidə olunsa da, bu baxımdan üstün mövqe saxlanılmaqdadır.

Neytral mövqe tutan və ya materiallarında neytrallığı qorumayan KİV-lərin faiz nisbəti müəyyənləşdirilərkən seçki ilə bağlı materialların çoxluğu amili nəzərə alınıb. Materiallar qiymətləndirilərkən KİV-lərin həftə ərzində neytrallığı qoruma və qorumama ilə bağlı bal göstəricilərindən istifadə olunub. Bu göstəricilər üzrə 20-dən çox bal toplayan KİV-lərin müvafiq faiz nisbətləri əksini tapıb. Bu baxımdan ötən hesabat həftələrində neytrallığı qorumayan KİV-lərin sayı, qoruyanlardan çox olsa da, seçki yaxınlaşdıqca ikincilərin sayında azacıq artım var. Belə ki, neytrallığı qoruyan qəzetlərin sayı 5-ə çatıb.

Müşahidə edilən tendensiyalardan biri ümumən qəzetlərdə neytrallığı qorunmayan materialların dərcinin azalması və müvafiq olaraq buna üstünlük verən KİV-lərin faiz göstəricilərində də azalmaların baş verməsidir. Bunun əsas səbəblərindən biri kimi qəzet səhifələrində sırf təbliğat xarakterli və bəzən reklam səciyyəsi daşıyan materiallara üstünlük verilməsidir.

Seçki ilə bağlı materiallarının mövzuları içərisində Mərkəzi Seçki Komissiyasının, siyasi partiyaların və siyasi partiya bloklarının fəaliyyəti, namizədlərin təbliği və tənqidi, seçki maarifləndirməsi, seçki məntəqələrinin vəziyyətinin təhlili, seçkidə beynəlxalq müşahidəçilərin iştirakı kimi məsələlərə xüsusi diqqət verilir. Burada daha üstün yeri Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə bağlı materiallar tutur. Xarakterik xüsusiyyətlərdən biri qəzetlərin ən çox müraciət etdiyi mövzuların sayında ötən hesabat həftələri ilə müqayisədə artımın olmasıdır. Belə ki, monitorinqi aparılan KİV-lər məhz bu hesabat həftəsində seçkidə beynəlxalq müşahidəçilərin iştirakına dair yazılara daha çox yer verdiklərindən mövcud göstərici konkret rəqəmlərdə də əksini tapıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »