Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Böyük Britaniyanın Azərbaycandakı səfiri Mətbuat Şurasında olub

Görüşdə hər iki ölkənin media qurumları və jurnalistləri arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ifadə olunub

Bu gün Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamyan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. Ə.Amaşov bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri tərəfindən yaradılan Mətbuat Şurası medianın özünütənzimləməsini həyata keçirir, mövcud xüsusda vətəndaşlardan, ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan daxil olan şikayətləri araşdırır, qərar və rəylər çıxarır. Şuranın tədbirləri ictimai qınağa əsaslanır. Qurum I qurultayda qəbul edilmiş «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın pozulması hallarına dair tövsiyələrini verir. Jurnalist hüquqlarının qorunması, söz və mətbuat azadlığının müxtəlif aspektləri ilə bağlı müvafiq orqanlarla əməkdaşlıq edir, müxtəlif tematik tədbirlər reallaşdırır. «Ötən on ilin təcrübəsi onu deməyə əsas verir ki, cəmiyyətdə Mətbuat Şurasının missiyası kifayət qədər dərk edilir», - deyə Ə.Amaşov vurğulayıb.

Səfir İ.Siddiq təmsil olunduğu ölkənin Azərbaycana hər zaman böyük maraq göstərdiyini bildirib. Bu baxımdan media fəaliyyətinin xüsusi əhəmiyyt daşıdığını önə çəkən diplomat bildirib ki, Böyük Britaniya Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə dəstək göstərməyə hazırdır.

Görüşdə hər iki ölkənin media qurumları və jurnalistləri arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ifadə olunub. Mövcud istiqamətdəki mümkün fəaliyyət aspektləri nəzərdən keçirilib.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »