Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Komissiyanın üzvləri 3 mətbu nəşrlə bağlı müraciətlərə baxıblar

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 3 mətbu nəşrlə bağlı müraciətlərə baxıblar.

Əvvəlcə «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatının «Yeni xəbər» qəzeti ilə bağlı şikayəti araşdırılıb. Qəzetin baş redaktoru İlqar Salmanov narazılıq doğuran materialda oxucunun mövqeyinin ifadə olunduğunu əsas gətirərək oradakılara redaksiyanın məsuliyyət daşımadığını deyib. Lakin onun nəzərinə çatdırılıb ki, kütləvi informasiya vasitələri haqqında ölkə qanunvericiliyində buna görə müvafiq cavabdehlik əks olunub. Baş redaktor oxucu məktubunu verərkən sənəddəki təhqirlərin və digər aşağılayıcı tonlu fikirlərin qəzet səhifəsinə çıxmasının qarşısını almalı idi. Nəticədə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndləri pozulub. Fikirlərin doğru və ya yanlışlığına gəlincə, məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfin mövqeyinin də dərci önəmli idi. İ.Salmanov nəşrin dəfələrlə buna cəhd göstərdiyini qeyd etsə də, konkret narazılıq doğuran materialda bu cəhdin olduğuna dair hər hansı bildiriş yoxdur. Komissiya rəyə gəlib ki, «Kred Aqro» BOKT-un «Yeni xəbər» qəzeti ilə bağlı şikayətində əksini tapan məqamlar haqlıdır. Nəşr narazılıq doğuran materialda qurumun işgüzar nüfuzuna zərbə vurub. Buna görə də ona təkzib, yaxud qarşı tərəfin mövqeyini əks etdirən məktubunun dərci, eyni zamanda qarşı tərəfdən üzr istənilməsi tövsiyə olunub.

İclasdakı ikinci məsələnin müzakirəsi zamanı komissiya «Azadlıq» qəzetinin Bakı Şəhər Baş Polis İdarəsinin bu mətbu nəşrdən şikayət doğuran yazı ilə əlaqədar tutduğu mövqeni məqbul hesab edib. Belə ki, «Azadlığ»ın nümayəndəsi Seymur Həziyev həmin yazıda ümumilikdə Azərbaycan polisini hədəfə götürən fikirlərin nəşrin ümumi mövqeyi, missiyası və dəst-xətti ilə uyğunluq təşkil etmədiyini vurğulayıb və qəzetin təkzib verməyə hazır olduğunu deyib. Təklif qarşı tərəfi də qane etdiyindən məsələ həllini tapmış sayılıb.

Bakı şəhər sakini Nazim Məmmədovun «Səs» qəzeti ilə bağlı müraciəti müzakirə edilərkən komissiya üzvləri belə qənaətə gəliblər ki, şikayətə səbəb olan materialda balans prinsipinin tələbləri gözlənilməyib, orada aşağılayıcı ifadələr və ittiham xarakterli fikirlər yer alıb. Qəzetin qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi üçün məktubunun dərcinə hazır olması məsələnin həllində məqbul variant hesab edilib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »