Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin “Ulduz” Şokalad Fabriki ilə birlikdə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılacaq

-

Sabah - dekabrın 9-da saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının “Ulduz” Şokalad Fabriki ilə birlikdə “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, “Ulduz” Şokalad Fabrikinin rəhbərliyi, aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları, media ekspertləri iştirak edəcəklər.

Müsabiqədə qaliblər “Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər”, “Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı”, “Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri”, “Dünya şokolad bazarında Azərbaycan malı”, “Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı” istiqamətləri üzrə müəyyənləşdirilib.

Müsabiqə üzrə bir I (800 manat), iki II (500 manat) və üç III yer (300 manat), həmçinin həvəsləndirici mükafatlar nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqəyə yazı qəbulu 2014-cü il oktyabrın 25-dən noyabrın 25-dək həyata keçirilib.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »