Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının «Xalq cəbhəsi» qəzetinə təbriki

-

Noyabrın 20-də Azərbaycanın ictimai rəyində özünə layiqli yer tutan «Xalq cəbhəsi» qəzetinin 15 yaşı tamam olur. Bu münasibətlə nəşrin rəhbərliyini və kollektivini təbrik edirik!

15 illik müddət bir kütləvi informasiya vasitəsinin cəmiyyətdə özünü təsdiqləməsi üçün böyük zaman kəsiyi deyil. Ancaq nəzərə alsaq ki, Azərbaycanın dövlət müstəqilliyinin yaşı 25-dir, bu müddətin yarıdan çoxuna şahidlik missiyası sıradan məsələ sayılmamalıdır. «Xalq cəbhəsi» müstəqillik üçün çarpışan, cəbhələşən insanların keçmişi yaşatmaq, gələcək üçün baxışlarını gerçəkləşdirmək niyyətindən qaynaqlanaraq formalaşdırdıqları mətbuat orqanıdır. 

«Xalq cəbhəsi» ideya adamlarının məhsuludur. Bu ideya vətənpərvərliyə, türkçülüyə, dürüstlüyə və sədaqətə əsaslanır və qəzet hər zaman mövcud dəst-xətti rəhbər tutaraq fəaliyyət göstərməsi ilə seçilir. Onun hadisə və proseslərə yanaşmasındakı məxsusilik peşəkarlıqla səmimiyyətin vəhdətindən nəşət alır. Siyasət, iqtisadiyyat, mədəniyyət və sair mövzulardakı təqdimatları hər zaman diqqət çəkir, ruhlandırır, düşündürür. Buna görə də qəzet kifayət qədər geniş oxucu auditoriyasına malikdir. 

İstedadlı jurnalist, şair və publisist Elçin Mirzəbəyli başda olmaqla bu günün «Xalq cəbhəsi» qəzeti 15 deyil, 150 yaşını qeyd etməyə haqqı çatan, ideya və prinsipləri daim üstün tutan vətənpərvərlik məktəbidir. Azərbaycan Mətbuat Şurası bu məktəbin kollektivinin hər bir üzvünü bir daha təbrik edir, onlara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır. 

Xoş gününüz mübarək olsun, əziz həmkarlar!



 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »