Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyinə həsr olunmuş mərasim keçiriləcək

Dekabrın 19-da saat 12.00-da

Dekabrın 19-da saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və «Dialoq Avrasiya Platformu»nun Azərbaycan nümayəndəliyi jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi ilə bağlı mərasim keçirəcək.

Kütləvi informasiya vasitələri rəhbərlərinin, ictimai xadimlərin qatılacaqları toplantıda M.Süleymanzadənin həyat və yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparılacaq, onu istedadlı jurnalist, dəyərli publisist kimi xarakterizə edən cəhətlərə diqqət yetiriləcək.

Qeyd edək ki, M.Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.

Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib.

1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının qaranquşlarından sayılan «Səhər» qəzetini təsis edib. 2 milyon tirajla çıxan bu nəşr Azərbaycanın informasiya blokadası şəraitində olduğu vaxtlarda xarici KİV-lər üçün etibarlı mənbə rolunu oynayıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərib.

Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »