Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması» mövzusunda beynəlxalq konfrans keçiriləcək

Tədbir Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə layihəsi əsasında baş tutacaq

Sabah Bakıda «Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə «Ratunda, Landmark»da baş tutacaq.

Beynəlxalq konfransda ATƏT-in Bakı ofisinin və Mətbuat Şurasının rəhbərliyi ilə yanaşı, beynəlxalq və yerli media ekspertlərinin, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyotoviçin, Azərbaycanın dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə diffamasiya təşəbbüslərinin sürətləndirilməsini və jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan birgə birgə layihəsi əsasında keçirilir. Tədbirdə əsas müzakirə mövzusu təşkilatçı qurumların diffamasiya ilə bağlı hazırladıqları qanun layihəsi olacaq. Konfransın gündəliyinə həmçinin «İfadə azadlığının təmin edilməsində qanunvericilik islahatlarının əhəmiyyəti», «Media və ifadə azadlığını müdafiə» mövzusunda məruzələr və məsələ ətrafında müzakirələr daxil edilib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »