Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısına qatılacaq

Rusiyanın paytaxtında həmçinin Avropa Şurasının Cənubi Qafqazda və Moldovada medianın vəziyyətinə həsr olunacaq görüşü də keçiriləcək

Oktyabrın 5-dən 8-dək Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı keçiriləcək. MŞ sədri Əflatun Amaşovun qatılacağı toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının fəaliyyətləri təhlil olunacaq, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə eyni zamanda qitədəki Mətbuat Şuraları rəhbərlərinin hesabatla çıxış etmələri də nəzərdə tutulur.

MŞ sədri həmçinin Moskvada Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək, Cənubi Qafqazda və Moldovada medianın vəziyyətinə həsr olunacaq görüşə də qatılacaq. Qeyd edək ki, bu görüş bir neçə ay əvvəl AŞ-nin təşəbbüsü ilə Moldovada baş tutan konfransın yekunlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Toplantıda ümumən postsovet məkanında özünütənzimləmə ilə əlaqədar vahid informasiya şəbəkəsinin yaradılması və jurnalist qurumlarının bu prosesdə oynayacaqları rola dair diskussiyalar gedəcək, məsələ ətrafında ortaq nəticəyə gəlinəcək.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »