Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri ilə görüşüb

-

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovla görüşüb. Xanım Filipoviç Avropa Şurası 2014-2016-cı illər üçün Azərbaycan ilə bağlı razılaşdırılmış Fəaliyyət Planının 2-ci bölməsinə uyğun olaraq həyata keçirilən AŞ/Aİ Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin “İfadə Azadlığı və Media Azadlığı” Layihəsinin həyata keçirilməsində Azərbaycan Mətbuat Şurasının əməkdaşlığını alqışlayıb. Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qanunvericilikdə, xüsusilə diffamasiya ilə bağlı islahatların gündəmə gətirilməsinin və bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb. Xanım Filipoviç İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına, xüsusilə onun diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını aydın şəkildə nəzərdə tutan 1.2.7-ci bəndinə istinad edib. O, Venesiya Komissiyasının Azəraycan Respublikasında diffamasiyaya qarşı müdafiə ilə bağlı Rəyini də xatırladıb (14 oktyabr 2013).

Görüşdə Media Layihəsinin gələcək fəaliyyəti və bu istiqamətdə daha geniş əməkdaşlıq müzakirə olunub.  Ə.Amaşov sözügedən layihənin, xüsusilə jurnalistlərin və media peşəkarlarının Avropa Şurası standartlarında əks olunmuş hüquqlarına dair məlumatlılığının artmasında əhəmiyyətini vurğulayıb. Ə.Amaşov istənilən cəmiyyətdə ifadə azadlığının daha da dərinləşməsi baxımından diffamasiyanın prinsipial əhəmiyyət daşıdığını qeyd edib. O, Şuranın diffamasiya ilə bağlı qanun layihəsi hazırladığını və bu istiqamətdə müzakirələr təşkil etdiyini diqqətə çatdırıb. Deputat ümumən həm ictimaiyyətin müxtəlif təbəqələrində, həm də media cameəsində diffamasiyanın dekriminallaşdırılmasına münasibətin birmənalı olmadığını vurğulayıb. «Ancaq bu, heç də o demək deyil ki, diffamasiyanın ifadə azadlığı nöqteyi-nəzərdən prinsipial əhəmiyyəti nəzərə alınmamalıdır. Buna görə də düşünürəm ki, Mətbuat Şurası ilə Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin perspektiv əməkdaşlığında diffamasiyaya önəm verilməsi də faydalı olardı», - deyə Ə.Amaşov əlavə edib.

Qərara alınıb ki, Avropa Şurasının Bakıdakı Ofisi və Azərbaycan Mətbuat Şurası bu məsələ, eləcə də Azərbaycanda media azadlığının müxtəlif aspektləri istiqamətində əməkdaşlıq edəcək.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »