Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə bağlı hesabat konfransı keçirdi

2013-cü ildə Şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb

Bu gün Azərbaycan Mətbuat Şurasının 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransı keçirilib. Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki,  ötən il rəhbərlik etdiyi quruma ümumilikdə 610 müraciət daxil olub. 610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Şikayətlərdən 192-i ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-ı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u siyasi partiyalardandır.

2013-cü ildə Şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb. 182-nə komissiyalarda baxılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb.

Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Ayrı-ayrı KİV-lərlə bağlı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub. “Qeyd etdiyim kimi, Mətbuat Şurasının 2013-cü ildə növbəti fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin sahiblərinin müəyyənləşdirilməsi prosesində iştirakdır. Hesab edirik ki, bu, Azərbaycan dövlətinin Şuraya göstərdiyi böyük etimad olub. Mətbuat Şurası 237 namizədin adını Prezident Administrasiyasına təqdim etdi. Redaksiya xəttilə adları təqdim edilən jurnalistlərin ümumi sayı 143, fərdi müraciət sahiblərinin sayı isə 94  oldu. Məlum olduğu kimi, iyul ayının 22-də ümumilikdə 156 jurnalist mənzillə təmin olundu”, - deyən Ə.Amaşov ötən il Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsindən, Şuranın İdarə Heyətinin yenidən seçilməsindən, qurumun Nizamnaməsinə edilən dəyişiklikdən də söz açıb.

Ə.Amaşov eyni zamanda bildirib ki, hər il olduğu kimi, 2013-cü ildə də Milli Mətbuat Gününü qeyd edib. MŞ-nin növbəti fəaliyyət istiqaməti jurnalist hüquqları ilə bağlı olub. O bu baxımdan aksiyalar zamanı KİV təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqinin aparıldığını, ayrı-ayrı jurnalistlərlə əlaqədar müvafiq qurumlara müraciətlərin ünvanlandığını, jurnalistlərin 9 oktyabr prezident seçkisini işıqlandırmaları, onlara müvafiq şəraitin yaradılması sahəsindəki vəziyyətin nəzarətdə saxlanıldığını vurğulayıb.

Mətbuat Şurasısın sədri rəhbərlik etdiyi qurumun 2013-cü ildə qəzetlərin yayımı sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində intensiv iş apardığını diqqətə çatdırıb. Qurumun bu məqsədlə ayrıca komissiya yaratdığını, müvafiq araşdırmalar apardığını və yekunların ölkə rəhbəriyinə təqdim olunduğunu vurğulayıb. Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin «Jurnalistlərin dostu» mükafatı təqdimı mərasimində səslənmiş təkliflərdən söz açan Ə.Amaşov MŞ-nin onlarla bağlı da müvafiq müraciətlər ünvanladığını bildirib. Şura sədri çıxışında Mətbuat Şurasının reallaşdırdığı tematik tədbirlər, layihələr, xarici səfərlər, müsabiqələr və sair istiqamətlərlə bağlı da geniş məlumat verib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov çıxışında Şuranın ötən ilki fəaliyyətinin kifayət qədər məhsuldar keçdiyini vurğulayaraq qurumun ömrünü, gününü jurnalistika peşəsinə sərf etmiş insanları hər zaman diqqət mərkəzində saxladığını diqqətə çatdırıb. O, mövcud istiqamətdəki işlərin səmərəliliyini artırmaq üçün müvafiq təkliflər planının hazırlandığını deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü  Vüqar Səfərli bildirib ki, ötən illərlə müqayisədə şikayətlərin sayının azalması Şuranın iş mexanizminin effektivliyindən xəbər verir. Bununla belə mövcud istiqamətdəki fəaliyyətdə arxayınlaşmaq düzgün deyil. Xüsusən də «reket jurnalistika» ilə mübarizə daha da intensivləşdirilməlidir. Həmçinin jurnalistlərin təlimlərə cəlb edilməsinə, onların peşəkarlıqlarının artırılmasına dəstək göstərilməsi zəruridir.

Mətbuat Şurasının 2013-cü ildəki fəaliyyətini müsbət dəyərləndirən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas çıxışında internet medianın durumuna da toxunub. O, mövcud sahədə bir sıra problemlərin qaldığına baxmayaraq, nümunəvi internet media resurslarının mövcudluğunu önə çəkib. A.Abbas bu qənaətdədir ki, həmin resursların da ənənəvi media vasitələri kimi dövlət tərəfindən maliyyələşməsi məsələsi nəzərdən keçirilə bilər.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Şuranın hesabatının kifayət qədər əhatəli hazırlandığını vurğulayaraq ümumən fəaliyyətində media sahəsinin bütün spektrini əhatə edən qurumun jurnalistlərin peşə prinsiplərinə riayət etmələri istiqamətində daha ardıcıl iş aparmasının zəruriliyini əsaslandırıb. Baş redaktor onu da bildirib ki, jurnalistlər üçün həmkarlar ittifaqı mexanizminin işlək hala gətirilməsi məqsədilə konkret tədbirlər görülməlidir.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 2012-ci illə müqayisədə ötən il Şuraya daxil olan şikayətlərdə azalmanın müşahidə edilməsinə baxmayaraq, iş prosesində meydana çıxan məsələlərin mahiyyəti mövcud sahədəki tənzimləməyə daha ciddi diqqət ayırmağın vacibliyini ortaya qoyur. «Xüsusən də internet mediaya həssas yanaşmaq zəruridir. Bu tip media vasitələrinin sayı artır və sahəyə qeyri-peşəkarların da axını güclənir. Nəticə etibarilə neqativ halların şahidi oluruq. Elə bilirəm ki, Mətbuat Şurasının sistemli iş planı gələcəkdə bununla bağlı müsbət nəticələrin əldə edilməsində həlledici rol oynayacaqdır», - deyən V.Rəhimzadə «reket jurnalistika»ya qarşı mübarizə tədbirləri üzərində də xüsusi dayanıb. O bildirib ki, il ərzində «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası ilə yanaşı, Şuranın tərkibindəki «apellyasiya qrupu» da aktiv fəaliyyət göstərib. Qrup adı peşə davranışı qaydalarını mütəmadi pozan KİV-lər üçün tərtib edilmiş «qara siyahı»da yer alan media orqanlarının siyahıdan çıxmaqla bağlı müraciətlərini araşdırıb. V.Rəhimzadə həmçinin MŞ-nin qəzet yayımını normallaşdırmaq sahəsindəki fəaliyyətindən də söz açıb, bununla bağlı yaranmış komissiyanın sədri kimi paytaxtın müxtəlif rayon və yaşayış məntəqələrində aparılmış monitorinqin nəticələrini açıqlayıb.

MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də çıxışında Şuranın ötən il kifayət qədər məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb və bununla bağlı konkret misallar çəkib. MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Şuranın qəzet yayımı ilə bağlı məsələlərdə aktiv rol oynadığını diqqətə çatdırıb. Bununla belə son vaxtlar mövcud sahədə bir sıra problemlərin də yarandığından bəhs edib. Baş redaktor əldə yayımın aradan qaldırılmasının qəzetlərin maddi durumuna mənfi təsirini qabardıb.

Mətbuat Şurasının 2013-cü ildə kifayət qədər səmərəli fəaliyyət göstərdiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev də qəzet yayımı ilə əlaqədar yaranmış problemlərin həllində qətiyyətli mövqe tutmağın zəruriliyindən danışıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hazırda ölkədə mətbuatla bağlı məhkəmə proseslərinin 70 faiz azaldığını deyib. Bu rəqəmin əldə edilməsində Şuranın tənzimləyici rolunu önə çəkən M. Ələsgərli çıxışında habelə internet media resursları ilə bağlı komisssiyanın yaradılmasını, ümumən bu formada ictimai tənzimləmənin mövcudluğunu model sayıb və bu işin əhəmiyyətini konkret misallarla əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli Mətbuat Şurasının mətbuatda ana dilimizin qorunması sahəsində sistemli iş apardığını və bu işin davamının vacibliyini vurğulayıb.



13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »