Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Şöhrət ordenli veteran jurnalist Mətbuat Şurasında olub

-

Əməkdar jurnalist, Şöhrət ordenli qələm sahibi Əli İldırımoğlu Azərbaycan Mətbuat Şurasına özünün Seçilmiş əsərlərinin yenicə çapdan çıxmış 12 cildliyini təqdim edib. 

90 yaşlı veteran jurnalisti salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş şəxslərin əməyi daim yüksək qiymətləndirilir. O bu məqsədlə MŞ-nin tərkibində Ahıl Jurnalistlər Məclisinin yaradıldığını diqqətə çatdırıb. Məclis veteran qələm sahiblərinin yaradıcılıq gecələrini, müəllifləri olduqları kitabların təqdimatını, yubileylərini təşkil edir, səhhətində problemləri olanlara evlərində baş çəkir. Belə bir ənənənin mövcudluğu isə son dərəcə əhəmiyyətlidir. Çünki ahıl jurnalistlər gənc jurnalistlər üçün mühüm təcrübə mənbəyidirlər. 

Veteran jurnalist Ə.İldırımoğlu jurnalist peşəsinin incəliklərindən söz açıb. Müasir dövrdə inkişaf etmiş jurnalistika ənənələrinin mövcudluğunun pozitiv tərəflərinə diqqət yetirib. O, həmçinin son illər özünün bədii yaradıcılıq fəaliyyəti barədə də məlumat verib. 

Qeyd edək ki, Məmişov Əli İldırım oğlu 17 noyabr 1927-ci ildə Qubadlı rayonunda anadan olub. 1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər "Xalq qəzeti"nin ("Kommunist") xüsusi müxbiri kimi çalışıb. Daha sonra "Həyat" qəzetində eyni vəzifədə işləyib. Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət "Yazım-yazmayım", "Maykalar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər", "Mənim rəncbər atam" iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət, "Qarlı gecələr", "Daş yağam gün" romanlarının müəllifidir. 

Ə.İldırımoğlu 1988-ci ildə "Əməkdar Jurnalist" adına layiq görülüb. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafatı ilə təltif edilib. Ustad jurnalist həmçinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »