Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Azərbaycanın media məkanı: mövcud durum və perspektiv vəzifələr» mövzusunda konfrans keçirilib

3 may ümumdünya mətbuat azadlığı gününə həsr olunmuş tədbir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Milli Televiziya və Radio Şurasının və Mətbuat Şurasının birgə təşəbbüsü ilə «Azərbaycanın media məkanı: mövcud durum və perspektiv vəzifələr» mövzusunda konfrans keçirilib. 3 may ümumdünya mətbuat azadlığı gününə həsr olunmuş tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. 


Ə.Amaşov bildirib ki, Azərbaycanın müstəqilliyini qazandıqdan sonra əldə etdiyi ən böyük dəyərlərdən biri də söz azadlığıdır. Dünya miqyasında qəbul olunmuş bu dəyər demokratik proseslərin mühüm atributudur. Ancaq bəşəriyyət söz və mətbuat azadlıqlarının oturuşmuş prinsip kimi qəbuluna doğru xeyli yol keçib. Mövcud mənada 3 may ümumdünya mətbuat azadlığı günü də spesifik tarixə malikdir. «Soyuq müharibə»nin başa çatması yeni dünya düzəni formalaşdırdı. Bu xüsusda çoxsaylı diskussiyalara start verildi. 1989-cu ilin noyabrında YUNESKO-nun Baş Konfransı kommunikasiya sahəsində yeni strategiya qəbul etdi. Strategiya informasiyanın sərbəst yayımını, inkişaf etməkdə olan ölkələrin kommunikasiya imkanlarının artırılmasına yardım göstərməyi nəzərdə tutdu. 90-cı illərin əvvəllərindən başlayaraq Şərq və Qərb mətbuat nümayəndələrinin görüşlərinin keçirilməsinə başlanıldı. Bütün bunlar BMT-nin proseslərə mühüm töhfəsi olaraq meydana çıxdı. Müzakirələrdə başlıca mövzu jurnalistlərin öz işlərini yeni şəraitə uyğun qurması və Şərqlə Qərb arasında mübadilənin inkişafı zərurəti  ilə bağlı idi. Bu müzakirələr mətbuatın müstəqilliyi, plüralizm və söz azadlığı prinsiplərinin bütün dünyada bərqərar olunmasına yönələn geniş tədbirlər proqramının meydana çıxmasına səbəb oldu. 1991-cı ilin mayında Afrikada müstəqil və plüralist mətbuatın inkişafına təkan vermək məqsədilə Namibiyanın paytaxtı Vindhukda seminar keçirildi. Seminarın bəyannaməsində göstərilənlər qitədə mətbuat azadlığının qorunmasına, müstəqil və plüralist informasiya vasitələrinin inkişafına zəmin yaratdı. YUNESKO-nun Baş Konfransı özünün 26-cı sessiyasında 3 may 1991-ci il tarixli bəyannamənin ildönümünü keçirməyi və may ayının 3-nü «Ümumdünya Mətbuat Azadlığı günü» kimi rəsmiləşdirməyi BMT-nin Baş Məclisindən xahiş etdi. Nəhayət 1993-cü ildə  BMT-nin Baş Məclisi may ayının 3-nü «Ümumdünya Mətbuat Azadlığı günü» olaraq təsdiqlədi”, - deyən Ə.Amaşov 3 may tarixinin Azərbaycanda da hər il geniş qeyd edilməsinin artıq ənənəyə çevrildiyini bildirib. 


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizin müstəqillik qazandığı illərdə bir çox sahələrin inkişaf etdiyini diqqətə çatdıraraq bunların içərisində medianın da önəmli yer tutduğunu vurğulayıb. O deyib ki, cəmiyyətin ayrı-ayrı təbəqələrinin mənafelərini uzlaşdıran müxtəlif ictimai institutlar kimi müstəqil mətbuat orqanlarının mövcudluğu da demokratik cəmiyyət quruculuğu baxımından önəmlidir. Azərbaycanın müstəqilliyini qazandığı ilk illərin və 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğvindən sonrakı dövrün xarakterik xüsusiyyətlərindən söz açan PA-nın şöbə müdiri hazırkı mərhələdə jurnalistika ilə əlaqədar inkişaf proseslərinin konkret məcraya düşdüyünü vurğulayıb. Ə.Həsənov eyni zamanda media sahəsində problemlərin hələ də qalmaqda olduğunu bildirib. Ancaq götürülmüş əsas xəttin azad söz və məstəqil media mühitini formalaşdırmağa, jurnalistləri getdikcə peşəkarlaşdırmağa kökləndiyini diqqətə çatdıraraq bunun bariz tendensiyaya çevrildiyini deyib. Görülən işlərin konkret nəticələr verdiyini, bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuatın, sərbəst informasiya almaq və yaymaq imkanlarının formalaşdırıldığını əsaslandırıb. 


Ə.Həsənov çıxışında həmçinin media sahəsində həyata keçirilməsi vacib olan məsələlərdən də söz açıb. Jurnalistikanın siyasiləşməsinin aradan qaldırılması üçün tədbirlərin görülməsinin vacibliyini önə çəkib. Qeyd edib ki, qarşıda duran ikinci vəzifə jurnalist peşəkarlığı və məsuliyyətinin artırılmasıdır. Mövcud xüsusda diffamasiya məsələlərinə toxunan şöbə müdiri bildirib ki, diffamasiya mühiti jurnalistlərdən daha çox məsuliyyətli olmağı tələb edir. «Reket» jurnalistikadan qurtulmağın da qarşıda duran növbəti vəzifələrdən biri olduğunu söyləyən Ə.Həsənov nəzərə çatdırıb ki, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, onun Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi günün başlıca tələblərindəndir. 


Azərbaycan prezidenti İlham Əliyevin ölkədə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində inqilabi addım atdığını deyən PA-nın şöbə müdiri sistemli yardım mexanizminin «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə daha təkmil şəkil aldığını diqqətə çatdırıb. Çıxışının sonunda prezident İlham Əliyevin dövlət büdcəsindən ayırdığı vəsait hesabına jurnalistlər üçün inşa edilmiş binadakı mənzillərin bölgüsünə toxunan Ə.Həsənov bu məsələnin tam şəffat və ədalətli şəkildə həllini tapacağını vurğulayıb. 


ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay təmsil olunduğu qurum üçün söz və mətbuat azadlıqlarının başlıca prinsiplər olduğunu xatırladıb. Həmin prinsiplərdən irəli gələn tədbirlərin güclü media formalaşdırmağa hesablandığını bildirib. Deyib ki, bu, ümumilikdə cəmiyyət üçün faydalıdır. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdə jurnalistlərin müstəsna rol oynadığını önə çəkən səfir ATƏT-in medianın mövqeyinin möhkəmləndirilməsinə yönələn proseslərə bundan sonra da dəstək göstərəcəyini bildirib. 


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan dövlətinin müxtəlif illərdə media orqanlarına göstərdiyi köməyin rəhbəri olduğu fondun fəaliyyəti timsalında sistemli xarakter daşıdığını önə çəkib. O, KİVDF-nin formalaşdırılması ilə jurnalistlərin təkcə yaradıcılıq prosesinə kömək göstərilmədiyini, eyni zamanda KİV-lərin maliyyə-mühasibət sisteminin də qaydasına düşdüyünü müsbət xüsusiyyətlərdən biri kimi dəyərləndirib, görülən tədbirlərin mətbuat orqanlarının işinin şəffaflaşdırılması baxımından müstəsna önəm daşıdığını əsaslandırıb. 


Azərbaycanda televiziya və radio yayımı sahəsindəki siyasətin konkret qanunla tənzimləndiyini deyən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli həmin qanunvericiliyin kifayət qədər liberal mahiyyət daşıdığını bildirib. O, MTRŞ-nin televiziya və radio qurumlarının daxili siyasətinə heç bir şəkildə qarışmadığını diqqətə çatdırıb, lakin qurumun müəyyən məqamlarda tövsiyələrlə çıxış etdiyini deyib. Bu tövsiyələrin əsasən milli-mənəvi dəyərlərin gözlənilməsilə bağlılığından danışıb. Efir məkanının korlanmaması üçün müvafiq tədbirlərin görüləcəyi, mövcud xüsusda ana dilinin qorunmasına yönələn konkret işlərin gerçəkləşdiriləcəyi barədə məlumat verib. 


Azərbaycan Mətbuat Şurasının İnternet media resursları üzrə komissiyasının sədri Elnur Baimov ölkəmizdə əhalinin 70 faizinin internet istifadəçisi olduğundan, 40 faizinin isə aktiv şəkildə internetdən istifadə etdiyindən söz açıb. Xarakterik tendensiyalardan biri kimi internet üzərindən yayımlanan media vasitələrinin sayının artdığını önə çəkib. Bildirib ki, mövcud sahədəki mənfi meyllər təkcə ayrı-ayrı vətəndaş qruplarının şərəf və ləyaqətinin təhqiri ilə məhdudlaşmır. Burada milli təhlükəsizliyə zidd cəhətlər də nəzərə çarpır. Buna görə də ümumən internet medianın hüquqi statusu məsələsi gündəmə gətirilməlidir. İstər hüquqi, istərsə də ictimai tənzimləmənin mahiyyəti anonimliyin aradan qalxmasına, mövcud istiqamətdə şəffaf mühitin yaradılmasına xidmət etməlidir. İctimai əsaslarla fəaliyyət göstərən Mətbuat Şurasının tərkibində yaradılmış komissiya da məhz bu zərurəti rəhbər tutaraq fəaliyyət göstərməkdədir. 


Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov söz və mətbuat azadlıqlarının bərqərar olduğu Azərbaycanın media mühitində ən böyük problemlərdən biri olaraq məsuliyyət səviyyəsinin aşağılığını qeyd edib. Bunu jurnalistikanı cəmiyyətin gözündən salan amil kimi dəyərləndirək ümumən mənfi meyllərin tez bir zamanda aradan qaldırılmasının vacibliyindən söz açıb. 


Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev jurnalistikanın inkişafının cəmiyyətin inkişafı ilə həmahəng getdiyini bildirib və əlavə edib ki, media müasir nailiyyətlərlə yanaşı, klassik təcrübəyə uyğun şəkildə fəaliyyət göstərdiyi təqdirdə əsaslı inkişafa doğru daha dürüst addımların atılması mümkündür. 


MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycan mediasının fəaliyyətinə təsir göstərən bəzi xarici qüvvələrin bütövlükdə ölkəmizin inkişafına maneçilik törətdiyini vurğulayaraq mövcud istiqamətdəki neqativ cəhətlərə qarşı mübarizəyə söz və mətbuat azadlıqları kontekstində izah verib. 


Sonda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev yaşadığımız qloballaşma mühitində media üçün transformasiya prosesinin xarakterik səciyyə daşıdığını önə çəkib. O bildirib ki, mahiyyətcə əvvəlki təbiətini saxlayan media əslində müxtəlif vasitələr, o cümlədən texniki vasitələr əldə edərək fəaliyyət göstərməyə başlayıb. Hazırda formalaşmış qlobal, çoxşaxəli informasiya cəmiyyətində başlıca rolu isə təkcə dövlət oynamır. Burada cəmiyyətin özünün də üzərinə konkret vəzifələr düşür. Mövcud mühitdə bəzən söz azadlığının sərhədləri itir. Ancaq unutmaq olmaz ki, o bir dəyərdir. Elə fəaliyyət göstərilməlidir ki, o dəyər digər vacib dəyər olan insan hüquqlarına xələl gətirməsin. Çünki sərhədlərin tam aradan qalxması anarxiya doğurar. Burada düzgün balansın yaradılması vacib şərtdir ki, onu da dövlət öz üzərinə götürür. V.Əliyev bu anlamda Azərbaycan dövlətinin də həyata keçirməyi və dəstək göstərməyi planlaşdırdığı bir sıra proseslərdən söz açıb.



 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »