Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyəli şair-jurnalistlər Mətbuat Şurasında olublar

Birgə əməkdaşlıq məsələləri müzakirə edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin Elazığ vilayətinin bir qrup tanınmış söz sənəti təmsilçilərini qəbul edib. Şura sədri Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin, Bakının “Ozan” və Elazığın “Manas” nəşriyyatlarının təşkilatçıları ilə ölkə paytaxtında düzənlənən “Elazığ çələngi” beynəlxalq tədbirinin iştirakçıları olan qonaqları salamlayıb. Ə.Amaşov türkdilli xalqların dövlət başçılarının zirvə toplantısının keçirildiyi ərəfəyə təsadüf edən görüşün əhəmiyyətinə diqqəti çəkərək bildirib ki, dili, dini, adət-ənənəsi bir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində söz sənəti də körpü rolunu oynayır. MŞ sədri həmin sahədə ədəbiyyat təmsilçiləri ilə yanaşı jurnalistlərin də yerinə yetirdikləri missiyanın məsuliyyətindən danışıb. Milli mətbuatımızın yaranmasında, ötən əsrin əvvəllərində Azərbaycanda ictimai fikrin formalaşmasında, tariximizin digər mərhələlərində belə əlaqələrin misilsiz təsirindən söhbət açıb.

Nümayəndə heyətinin rəhbəri, “Manas” nəşriyyatının direktoru M.Şener Bulud səmimi qəbula görə türkiyəli qonaqlar adından Şura sədrinə minnətdarlığını bildirib. Təşrif gətirdiyi vilayətin Türkiyədə ədəbiyyat və mədəniyyət mərkəzi kimi dəyərləndirildiyini dilə gətirən qonaq hər bir elazığlının orada türk dünyasının görkəmli yazıçısı Almas İldırımın yaşamasından bu şəhərdə onun və xalq şairi Bəxtiyar Vahabzadənin adlarını daşıyan küçələrin olmasından fəxarət duyduğunu deyib. Sonra vilayət barədə müfəssəl məlumatların yer aldığı “Elazığ çələngi” kitabını MŞ sədri Ə.Amaşova təqdim edib.

Görüşdə Fırat Universitetinin jurnalistika fakültəsinin professoru Tarık Özcan 20 min tələbənin təhsil aldığı bu ali məktəbin öz televiziya, radio kanalına, qəzetinə malik olmasından söhbət açıb, həmin ixtisas üzrə təhsilə istedadlı və hazırlıqlı gənclərin cəlbi üçün görülən tədbirlərdən danışıb. Universitetin müəllimi Receb Bağçı şair-jurnalistlərdən Midhət Yılmaz (A.İldırımın oğlu), Hadi Önal və Günerken Aydoğmuş hər iki ölkənin yazarları arasındakı ədəbi-bədii əlaqələrdən danışarkın bir sıra rəy və təkliflərini də səsləndiriblər. Sonra qonaqlara Həsən bəy Zərdabinin “Təbiət və insan” kitabı təqdim olunub.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »