Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
KİV rəhbərlərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşü keçirilib

-

Bu gün kütləvi informasiya vasitələrinin baş redaktorlarının Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşü keçirilib. «Milli-mənəvi və dini dəyərlər: müasirlik, tarixilik» mövzusundakı görüşü Şura sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan qanunvericiliyində dövlət-din, din-cəmiyyət münasibətləri kifayət qədər əhatəli əks olunub. «Hələ müstəqilliyimizin ilk illərində «Dini etiqad azadlığı haqqında» qanun qəbul edilmişdi. Təbii ki, mövcud istiqamətdə əsas dövlət sənədi Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasıdır. Konstitusiyanın bir çox maddələrində dini azadlıq, o cümlədən bununla əlaqədar məsuliyyət növlərinə dair müddəalar yer alır. Əsas qanunumuzun 48-ci maddəsində isə məsələ üzərində xüsusi dayanılır» - deyən Ə.Amaşov qeyd edib ki, din-dövlət, din-cəmiyyət münasibətlərinin qurulmasında yalnız qanunlar tənzimləyici vasitə kimi çıxış etmir. Mövcud həssas müstəvidə ictimai institut kimi medianın da üzərinə mühüm missiya düşür. Jurnalistlərin sahə ilə bağlı biliklərinin artırılması, dini müstəvidəki proseslərin incəliklərini nəzərə alması hər zaman aktual əhəmiyyət daşımaqdadır. Bu baxımdan konkret məsul şəxslərin fikir və düşüncələrini paylaşmaları, jurnalistlərlə təması mütləqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşün əhəmiyyətinə bu baxımdan aydınlıq gətirən Ə.Amaşov onu da bildirib ki, MŞ müxtəlif sahələrdə dövlət siyasətinə cavabdeh şəxslərlə KİV rəhbərlərinin təmaslarını davamlı edəcək.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çxışına medianın ictimai həyatdakı rolunu vurğulamaqla başlayıb və bildirib ki, jurnalistlərin digər sahələrdə olduğu kimi, dini müstəvidə aparılan dövlət siyasətinə də dəstəyi önəmlidir. Azərbaycanda dini missionerliklə bağlı vəziyyətdən söz açan M.Qurbanlı mövcud istiqamətdə hər hansı ciddi narahatedici faktorların qeydə alınmadığını diqqətə çatdırıb. Ölkəmizin mühüm geosiyasi məkanda yerləşdiyini vurğulayan komitə sədri bəzi qüvvələrin eyni zamanda dini təfriqə yaratmaq istəklərini bu amillə əsaslandırıb. Belə hallara qarşı mübarizədə jurnalist fəaliyyətinin müstəsna cəhətlərindən söz açıb. 

 

M.Qurbanlı çıxışında həmçinin dövlətin dini sahədəki qarşılıqlı əməkdaşlıq məsələlərinə, ayrı-ayrı dini cərəyanların fəaliyyətinə toxunub, tarixin müxtəlif dövrlərində Azərbaycanda mənəvi mühitin xüsusiyyətləri, dini baxışların formalaşması istiqamətləri barədə fikirlərini bölüşüb, KİV rəhbərlərinin suallarını cavablandırıb. 

 

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov medianın dini məsələlərə həssas yanaşmasını zəruri edən səbəblərdən söz açıb. O, eyni zamanda KİV-lərin sahəni işıqlandırmasının hazırkı durumu ilə bağlı nəzərəçarpan tendensiyaların nələrdən ibarət olması ilə maraqlanıb. Bu məsələ ilə bağlı M.Qurbanlı konkret məqam üzərində dayanıb. O, bir sıra KİV-lərdə hansısa dini cərəyana başçılıq edən şəxsin lider qismində təqdimatının yolverilməzliyini əsaslandırıb, məsələ ilə əlaqədar tövsiyələrini verib. 

 

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid yas mərasimlərinin keçirilməsi ilə bağlı ölkə miqyasında reallaşdırılmış işlərdən söz açıb və bu prosesə medianın da böyük dəstək verdiyini diqqətə çatdırıb. Görülmüş tədbirlərin davamlı konturlarının vacibliyini qeyd edib. Komitə sədri M.Qurbanlı sözügedən istiqamətdəki işlərin bəzi KİV-lərdə insanların mənəvi aləmlərinə müdaxilə formasında təqdimatına dair cəhətləri sadalayıb və bildirib ki, jurnalistlərin bu sayaq məsələlərdə geniş ictimaiyyətin maraqlarını nəzərə alması faydalı olardı. 

 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında keçirilən görüşün əhəmiyyətini önə çəkib. O, medianın dini mövzudakı materialların işıqlandırılmasındakı həssaslığının həm də mühüm peşəkarlıq şərti olduğunu qeyd edib. 

 

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, dini mövzudakı maarifləndirmə işləri mətbuat və internet informasiya ehtiyatları ilə yanaşı, televiziya və radiolarda da müntəzəm şəkildə aparılmalıdır. 

 

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə medianın fikrini öyrənmək üçün müraciət edə biləcəyi dini ekspertlərin hazırlığı məsələsinin zəruriliyindən söz açıb.

 

Görüşdə jurnalistlərin dini-mənəvi mövzudakı fəaliyyətini daha da stimullaşdırmaq məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Şurası ilə birgə müsabiqə təşkil etməsi təklif olunub. Komitə sədri M.Qurbanlı və MŞ sədri Ə.Amaşov bu ideyanın yaxın zamanda reallaşdırılması üçün tədbirlərin görüləcəyini vurğulayıb. M.Qurbanlı habelə dini mövzuda jurnalistlər üçün təlimlərin keçirilməsi imkanlarının da dəyərləndiriləcəyini deyib.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »