Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

İclasda 4 məsələ ətrafında müzakirələr aparılıb


Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

İclasda əvvəlcə «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlının «Azadlıq» və «Yeni Müsavat» qəzetləri ilə bağlı müraciətinə baxılıb. Komissiya iddiaçının «Azadlıq» qəzetinə qarşı şikayətini müzakirə edərkən belə rəyə gəlib ki, nəşr narazılıq doğuran yazıda qarşı tərəfin mövqeyini nəzərə almayıb, bununla da «Azərbaycan Jurnalistlərinin Peşə Dapranışı Qaydaları»nın müvafiq prinsipini pozub. KİV-ə qarşıdakı fəaliyyətində belə məsələlərə münasibətdə həssas olmağı tövsiyyə edilib.

«Yeni Müsavat» qəzetinə gəlincə, komissiya mətbu orqanın «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlının «Facebook» səbəkəsində yer alan fikirlərini səhifəsinə çıxartdığını və eyni materialda buna münasibət də öyrəndiyini nəzərə alıb. Bununla belə, seçki dövrü olduğundan konkret namizədlə bağlı yazıda qəzetin onun özünə də istinadının vacibliyi vurğulanıb və nəşrə bu barədə tövsiyyə verilməsi rəyinə gəlinib.

İclasda müzakirə edilən növbəti məsələ ilə bağlı yekdil rəy bundan ibarət olub ki, ölkədə fəaliyyət göstərən çoxsaylı saytlar ictimaiyyət tərəfindən informasiya mənbəyi kimi qəbul olunurlar, KİV-lərin bir çoxu onların materiallarına istinad edir. Saytlarda gedən peşəkarlıqdan kənar materialların MŞ-də müzakirəsi onların məsuliyyətinin artmasına dəstək olardı. Komissiya «bolgexeber.az» saytı ilə əlaqədar şikayəti bu baxımdan araşdıraraq belə rəyə gəlib ki, sözügedən sayt Sabirabad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi barədə araşdırılmamış material dərc edib. Həmin materialda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alıb. Mövcud olmayan şəxsə istinadən tənqidi fikirlər verilib. İclasda saytın fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər məqamların mövcudluğu da vurğulanıb. Buna görə də sayta Mətbuat Şurasının ilkin xəbərdarlığı elan edilib və məsələ ilə əlaqədar şikayətçi tərəfin mövqeyini dərc etməsi, ondan üzr istəməsi tövsiyyə olunub.

«Milli qəhrəmanlar» qəzetinin «Milli qəhrəmanlar zirvəsi» qəzetinə qarşı şikayətinə baxılarkən burada plagiat əlamətlərinin olduğu müəyyənləşdirilib. Belə ki, ikinci mətbu nəşrdəki «zirvəsi» sözü çətinliklə seçiləcək səviyyədə təqdim olunur. Bununla yanaşı orada gedən bir sıra materillarda qəzetin adı yanlışlıqla «Milli qəhrəmanlar» kimi göstərilib. Məsələ ilə bağlı fikirlərini bölüşən «Milli qəhrəmanlar zirvəsi» qəzetinin rəhbərliyi iradlarla razılaşaraq bu cür halların aradan qaldırılacağını bildirib.

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »