Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu Milli Şuranın bu gün – oktyabrın 7-də Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda təşkil etdiyi icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyətini araşdırıb. Aksiyada hər hansı insident qeydə alınmayıb. 

Kütləvi informasiya vasitələrinin nümayəndələri öz işlərini sərbəst şəkildə icra ediblər. Jurnalistlərin fəaliyyətinə hər hansı məhdudiyyət faktına rast gəlinməyib, bununla əlaqədar media təmsilçiləri tərəfindən monitorinq qrupunun üzvlərinə müraciət olmayıb.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadə etmələrinə də diqqət yetirilib. Media təmsilçilərinin heç də hamısının bu zəruri tələbi yerinə yetirmədiyi nəzərdən qaçmayıb. 

Mətbuat Şurası ekstremal vəziyyətlərdə, o cümlədən ekstremal vəziyyət riski olan proseslərdə fəaliyyət göstərən jurnalistləri üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadəyə ciddi önəm verməyə çağırır. Şura bildirir ki, bu, onların hüquqlarının qorunması baxımından vacibdir. 

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı Daxili İşlər Nazirliyinin təmsilçiləri də daxildir. 

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »