Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Goranboy rayonunda mətbuat xidmətləri təmsilçiləri üçün treninq-məşğələ keçiriləcək

Tədbir Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin birgə layihəsi çərçivəsində baş tutacaq

İyulun 30-31-də Goranboy rayonunda Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində növbəti treninq-məşğələ keçiriləcək. Tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin – Yevlax, Bərdə, Ağdam, Ağcabədivə Tərtər rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur. 

Qeyd edək ki, MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.




13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »