Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının qəzet yayımını araşdıran komissiyasının iclası keçirilib

«Əks səda» firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib

Bu gün Azərbaycan Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verib. Mövcud istiqamətdə bir sıra pozitiv meyllərin yarandığını diqqətə çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.

İclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən «Əks səda» firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli bildirib ki, rəhbərlik etdiyi təşkilat  91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək imkanındadır.

İclasda «Əks səda» firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədə uyğun sayıblar. Belə bir toplantının baş redaktorların iştirakı ilə gələn həftə keçirilməsi qərara alınıb.

 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »