Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Zaqatala” qəzetinin 8000-ci sayının işıq üzü görməsi münasibətilə mərasim keçirilib

“Zaqatala” qəzetinin 88 illik fəaliyyətini əks etdirən sərgi nümayiş olunub

Zaqatala şəhərində eyni adlı bölgə qəzetinin 8000-ci sayının işıq üzü görməsi münasibətilə mərasim keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar.

Sonra toplantının keçirildiyi məkanda “Zaqatala” qəzetinin 88 illik fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.

“Zaqatala” hotelinin konfrans zalında baş tutan mərasimi giriş sözü ilə “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov açıb. O, mətbu orqanın ötən 88 ildə keçdiyi şərəfli yolun ayrı-ayrı mərhələləri barədə ətraflı məlumat verərək nəşrin oxucular arasında nüfuzunun yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Zaqatala”nın hazırkı durumundan bəhs edərək ümumən bölgədəki kütləvi informasiya vasitələrinə dəstəyin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Qəzetinin 8000-ci sayının işıq üzü görməsini bütövlükdə Azərbaycan mətbuatı üçün əlamətdar hadisə adlandıran Şura sədri “Zaqatala” qəzeti kollektivinin yaradıcı üzvlərinə Azərbaycan Mətbuat Şurasının diplomlarını təqdim edib.

Təqdimat mərasimində çıxış edənlərdən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Zaqatala” qəzetinin sabiq redaktoru Əli Süleymanov, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının müəllimi Həşim İsmayılov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və başqaları nəşrin kollektivinə təbriklərini yetiriblər. Onlar belə bir vahid fikri bölüşüblər ki, belə tədbirlərin təşkili region mediasının nüfuzunun yüksəldilməsində, ona mənəvi stimul verilməsində mühüm əhəmiyyət daşıyır.

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında rayonun ictimai-siyasi və mədəni həyatında “Zaqatala” qəzetinin önəmli rolundan danışıb. O, nəşrin kollektivini bu əlamətdar hadisə münasibəti ilə rayon ictimaiyyəti adından təbrik edərək qazanılan uğurların daha da artırılması üçün kollektivə dəstəyin gücləndiriləcəyini diqqətə çatdırıb. M.Əhmədzadə həmçinin qəzetin əməkdaşlarına Zaqatala Rayon İcra Hakimiyyətinin hədiyyələrini də təqdim edib.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »