Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi» layihəsi üzrə monitorinqin ikinci həftəsinə yekun vurulub

Layihə KİVDF-nin maliyyə yardımı ilə reallaşdırılır

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi» layihə üzrə apardığı monitorinqin ikinci həftəsinə yekun vurub.

Monitorinqdən məqsəd KİV-lərin seçki ilə bağlı materiallarındakı tendensiyaları nəzərdən keçirməkdən, onları qruplaşdırmaqdan və ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Monitorinq Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əsasən keçirilib. Həmçinin KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınıb. Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib.

Monitorinq ölkənin müntəzəm yayımlanan 60-dək gündəlik və həftəlik qəzetində aparılıb. Monitorinqi aparılan KİV-lərdə 18.10. - 24.10.2010 tarixləri aralığında gedən materialların ümumi sayı 3010-dur. Bunlardan 2681-i gündəlik qəzetlərin, 329-u həftəlik qəzetlərin payına düşür. Qeyd edək ki, əvvəlki hesabat həftəsində KİV-də seçki ilə bağlı gedən materialların ümumi sayı 2960 olmuşdu. Bunlardan 2630-u gündəlik qəzetlərin, 330-u həftəlik qəzetlərin payına düşmüşdü. Əvvəlki hesabat həftəsində seçki ilə bağlı materiallar ümumi materialların 29,3 faizini təşkil etmişdi. Bu hesabat həftəsində isə mövcud göstərici üzrə faiz dərəcəsi 33,4 faizə çatıb. Janr xüsusiyyətlərinə gəlincə, əvvəlki həftədə olduğu kimi yenə də xəbər janrı üstünlük təşkil edir. 

Monitorinqdə peşə prinsiplərinin pozulmasına üç cəhətdən yanaşılıb. Pozuntu faktlarının Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərində nəzərdə tutulan bəndlər üzrə dəyərləndirilməsi, hüqiqi dəyərləndirmə, pozuntu faktlarındakı konkret təzahür formalarının dəyərləndirilməsi.

Həftə ərzində qəzetlərin seçki ilə bağlı materiallarında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının pozulmasına dair 147 fakt qeydə alınıb. Bu, ötən hesabat həftəsi ilə müqayisədə 6 fakt çoxdur. Bunlardan 117-i gündəlik qəzetlərin, 30-u həftəlik qəzetlərin payına düşür. Ötən hesabat həftəsi ilə müqayisədə şərəf və ləyaqətin ləkələnməsi, işgüzar nüfuza zərbə vurulması faktlarında, o cümlədən vulqar ifadələrin işlədilməsi ilə bağlı göstəricilərdə artım müşahidə olunmaqdadır. 

Monitorinqdə həmçinin qəzetlərin neytrallığı qoruma xüsusiyyətlərinə və digər cəhətlərə də yer verilib.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »