Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Qaçqın və məcburi köçkün həyatı media müstəvisində»

Bu mövzuda tədbir mətbuatın 136-cı ildönümünə həsr olunub

Qaçqın və məcburi köçkün həyatı mediamızda necə işıqlandırılır? Mövzuya dair materiallarda peşəkar jurnalistikanın tələbləri nə dərəcədə gözlənilir, sahə üzrə hansı tendensiyalar mövcuddur?

Bütün bunlar iyulun 15-də Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində baş tutan konfransda müzakirəyə çıxarılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə düzənlənmiş «Qaçqın və məcburi köçkün həyatı media müstəvisində» mövzusundakı toplantı milli mətbuatımızın 136-cı ildönümünə həsr olunub. Tədbirə MŞ İdarə Heyətinin üzvləri, hər iki dövlət qurumlarının rəsmiləri, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, işğala məruz qalmış rayonların qəzetlərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri qatılıblar. Konfrans çərçivəsində həmçinin 80 yaşı tamam olan «Laçın» qəzetinin keçdiyi ömür yoluna nəzər salınıb, nəşrin rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı tarixi rol, müasir dövrdəki fəaliyyəti ətraflı təhlil olunub.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Taxta körpü qəsəbəsində ucaldılmış heykəlini və şəhidlərin xatirə kompleksini ziyarət edərək hər iki abidənin üzərinə tər çiçəklər düzüblər.

Konfransı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov açıb. O, məcburi köçkün həyatının KİV-lərdə işıqlandırılmasını vacib məqam kimi dəyərləndirərək bildirib ki, mövzunun məhz milli mətbuatımızın 136-cı ildönümündə müzakirəyə çıxarılması əlamətdar haldır. «Bu, laçınlıların timsalında bütün məcburi köçkün həyatı yaşayan soydaşlarımıza göstərilən diqqətdir. Belə bir konfransın həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 42-ci ildönümünə təsadüf etməsi onun əhəmiyyətini artırır. Ulu öndər istər sovet dönəmində, istərsə də müstəqillik illərində mətbuatın inkişafına yönələn genişmiqyaslı işlər görüb. Heydər Əliyevin memarı olduğu daxili və xarici siyasət kursu bu gün onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Məhz onun sayəsində ölkədə mediaya qayğı artıq formalaşmış ənənəyə çevrilib. Mövcud ənənənin yaratdığı dividentlərdən bölgə qəzetləri də faydalanmaqdadırlar. Misal kimi «Laçın» qəzetini göstərə bilərəm. Nəşr bu gün rayonumuz barədə ən geniş informasiya mənbəyi rolunu oynamaqdadır. İldən-ilə abunəçilərinin sayı artan, ayda iki dəfə nəşr olunan, respublikamızın 58 rayon və şəhərində məskunlaşmış laçınlı məcburi köçkünlərə çatdırılan qəzet onlar üçün eyni zamanda əvəzedilməz mənəvi qidadır», - deyə o vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında milli mətbuatımızın 136 illik ömür yoluna nəzər salıb. O bildirib ki, Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən «Əkinçi» qəzetinin əsasını qoyduğu təməl milli məfkurə saflığına, vətənpərvərliyə və milli dövlətçilik ruhuna söykənib. İllər ərzində mediamız bu təmələ sadiq qalıb və xalqımız üçün ən taleyüklü anlarda öz sözünü deməyi bacarıb. «Əminəm ki, mətbuatımız işğal altında olan torpaqlarımızın azad olunmasına töhfəsini verməklə bizlərə illərdən miras qalan tarixi missiyasını bir daha reallaşdıracaq. Bu inam sizlərin çöhrələrinizdəki iradə, dözüm və dəyanətdən də qanaqlanır», - deyən Şura sədri müxtəlif vaxtlarda mətbuatımızın keçdiyi ömür yoluna da aydınlıq gətirib. Ə.Amaşov sovet dövrü Azərbaycan mətbuatından danışarkən bildirib ki, həmin mərhələdə ana dilimizin qorunub saxlanmasına heç bir vasitə KİV-lər qədər töhfə verə bilməyib. Müstəqilik illərində ölkə mediasının xarakterik xüsusiyyətlərindən söhbət açan MŞ sədri «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulunu və həmin sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasını respublikada KİV-lərə sistemli dövlət qayğısının mühüm göstəricisi kimi önə çəkib: «Mediaya həssas münasibət bir çox sahələrlə yanaşı, qaçqın və məcburi köçkün həyatının məziyyətlərinin işıqlandırılmasına, böyük anlamda isə Azərbaycan həqiqətlərinin təbliğinə böyük stimul verib. Hazırda çətinliklərə baxmayaraq, sakinləri məcburi köçkün həyatı yaşayan rayonlardaki qəzetlərin yaşadılması, tirajının artırılması, çətinliklərinin həlli istiqamətində işlər görülür».

Ə.Amaşov çıxışında eyni zamanda «Laçın» qəzetinin Mətbuat Şurası sıralarına qəbul olunduğunu diqqətə çatdırıb və bildirib ki, işğal altında olan bölgələrə məxsus KİV-lərin əksəriyyəti Şuranın aktiv üzvlərindəndir. O, təşkilatçılar tərəfindən müəyyənləşdirilən pul mükafatını və komputer dəstini sözügedən nəşrin baş redaktoru Mayıl İlyasova təqdim edib. «Laçın» qəzeti həmçinin Şuranın və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin diplomları ilə də təltif olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisi Sənan Hüseynov çıxışında belə tədbirlərin işğal altında olan rayonlarımızın əhalisinin məskunlaşdığı digər bölgələrdə də təşkilini vacib sayıb və mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli cəhətlərinə toxunub. MŞ İdarə Heyətinin üzvlərindən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz, bölgə KİV-lərinin təmsilçilərindən Füzuli rayonunun «Qayıdış» qəzetinin baş redaktoru Məcnun Namazəliyev, «Xocalının səsi» qəzetinin baş redaktoru Qasım Qırxqızlı, «Xocavənd» qəzetinin baş redaktoru Gültəkin Ağayeva, Laçın rayon ictimaiyyətinin nümayəndələrindən Hacı Xanlarov, Şahlar Xəlilov və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər.

Sonda tədbirdə iştirak edən məcburi köçkün rayonları qəzetlərinin hər birinə 500 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Tədbirdə həmçinin qaçqın və məcburi köçkün həyatının mediada işıqlandırılmasında seçilən paytaxt KİV-ləri – “Xalq qəzeti”, «525-ci qəzet», «Azərbaycan», «Yeni Azərbaycan», «İki sahil», «Xalq cəbhəsi», «Ədalət», «Bakı xəbər», «Paralel», «Zaman Azərbaycan» və «Vətənin səsi» qəzetləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi («AzərTAc») və «Azadinform» İnformasiya Agentliyi, habelə bəzi telekanallar xüsusi diplomlarla təltif ediliblər.





20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »