Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabçaların təqdimatı keçirilib

Kitabçalar Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən “Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabçaların təqdimatı keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, seçkilər hər bir xalq, millət üçün taleyüklü məsələlərdəndir. Proses zamanı hər bir vətəndaş qrupunun üzərinə məsuliyyət düşür. Medianın və jurnalistlərin üzərinə düşən məsuliyyət isə xüsusilə böyükdür. Onlar seçkinin gedişi, namizədlərin platformaları barədə cəmiyyəti operativ və obyektiv işıqlandırmalı, tərəfsiz olmalıdırlar. «Bu amil seçicilərin seçimini formalaşdırmaq baxımından vacibdir. Media qərəzsiz və obyektiv olmaqla sadə vətəndaşların yanılmalarına imkan verməməlidir», - deyə o əlavə edib.

Azərbaycanda kütləvi informasiya vasitələrinin seçkidə iştirakına dair qəbul edilən qanunvericilik aktları barədə məlumat verən Ə.Amaşov jurnalistlərin həmin sənədlərdə əksini tapan müddəalara riayyət etməli olduqlarını vurğulayıb. Lakin konkret situasiyalar var ki, bu zaman ön plana peşəkarlıq məsələləri çıxır. Şura sədri təqdimatı keçirilən kitabların əhəmiyyətini məhz bu cəhətdən izah edib və onların ərsəyə gəlməsindəki roluna görə Avropa Şurasının Azərbaycan nümayəndəliyinə təşəkkürünü bildirib: «Seçkinin işıqlandırılması ilə bağlı müxtəlif təlimatlar mövcuddur. Bütün bunlar öz yerində. Amma dəyişməyən bir neçə prinsip var - dəqiqlik, obyektivlik, tərəfsizlik və qərəssizlik. Jurnalistlərdən tələb olunan məhz bunlardır. Düşünürəm ki, KİV-lər qarşıdan gələn parlament seçkisində mövcud cəhətlərə xüsusi önəm verəcək, hadisə və proseslərə münasibətdə həssas yanaşma tərzi nümayiş etdirəcəklər».

Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek kitabların nəşrinin Azərbaycanda noyabrda baş tutacaq parlament seçkisinə dəstək üçün Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində reallaşdırıldığını deyib. Medianın cəmiyyətdəki yeri və roluna toxunun xanım Kotek bu rolun özünü xüsusilə seçkilər zamanı göstərdiyini vurğulayıb. «Medinın rolu ona görə əhəmiyyətlidir ki, o seçicilərə namizədlər barədə məlumatları çatdırır. Bu, bir öhdəlikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində və digər sənədlərdə mövcud öhdəliklərdən kifayət qədər geniş söhbət açılır. Təcrübədə isə həmin vəzifələrin heç də həmişə yerinə yetirilmədiyinin şahidi oluruq.  Kitablar mediaya məhz bu yöndə yardım göstərməyi nəzərdə tutur», - deyən V.Kotek Avropa Şurasının medianın seçkilərdə iştirakına dair qəbul etdiyi standartlar barədə də məlumat verib.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnikşafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərin seçkini işıqlandırmaları zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açıb. O, bu çətinliklərin əsasən KİV təmsilçilərinin seçki qanunvericiliyini bilməmələrindən irəli gəldiyini deyib: «Obyektivliyin pozulmasında qanunvericiliyin tələblərinə riayət etməmənin rolu böyükdür. Kitablarla tanış oldum. Fikrimcə, onlar seçkinin qərəzsiz və tərəfsiz işıqlandırılması baxımından tam yeni bir təcrübədir. KİV redaksiyalarının bu vəsaitlərlə yaxından tanış olmaları, ölkə qanunvericiliyi ilə yanaşı kibatlarda yer alan tövsiyyələrə əməl etmələri vacibdir». 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də kitabların jurnalistlərə çatdırılmasının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, nəşrlərin elektron variantları ölkənin aparıcı jurnalist təşkilatlarının saytlarında yerləşdirilməlidir. «Kitabın girişində görkəmli dövlət xadimi Bismarkın bir fikri yer alıb - insanlar heç vaxt ovdan sonra, müharibə zamanı və seçkidən qabaq danışdıqları qədər yalan danışmırlar. Media o qədər həssas fəaliyyət göstərməlidir ki, insanlar, konkret olaraq namizədlər seçicilərinə yalan danışmağa cürət etməsinlər. Bilsinlər ki, dedikləri hər bir kəlmə yaddaşlarda həkk olunur. Hesab edirəm ki, təqdimatı keçirilən kitablar KİV-lərimizin bir mütəhərrik institut kimi formalaşmasına layiqli töhfəsini verəcək», - deyə o bildirib. 

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları hər iki kitabın demokratik, ədalətli seçkilərə nail olmaqda medianın rolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Onlar nəşrlərin KİV redaksiyalarına paylanmasının vacibliyini önə çəkiblər.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »