Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist Xədicə İsmayılovanın müraciəti araşdırılıb

MŞ-nin Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetləri ilə bağlı müraciətini araşdırıblar.

Müzakirələr zamanı həmin mətbu nəşrlərin bu ilki saylarında X.İsmayılova barədə gedən materialların hər biri ayrıca müzakirə olunub, onlarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın tələblərinə necə yanaşıldığı müəyyənləşdirilib. Əvvəlcə tərəflər dinlənilib. Şikayətçi ilə yanaşı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev müzakirə olunan məsələlərlə bağlı mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Komissiya üzvləri həmin fikirləri və arqumentləri təhlil edərək müvafiq rəylərin çıxarılması razılığına gəliblər. Qeyd edək ki, “Səs” qəzetinin təmsilçisi naməlum səbəbdən müzakirəyə qatılmasa da MŞ-nin “Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları”nın tələblərinə müvafiq olaraq bu mətbu orqandan şikayət doğuran yazı da müzakirə olunub.

Komissiya rəyə gəlib ki, həmin materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsiplərinin tələbləri pozulub, balansa əməl olunmayıb, təhqiramiz ifadələr işlədilib, şəxsi həyatın toxunulmazlığına yol verilib. Komissiya hər üç mətbu orqana gələcək fəaliyyətlərində bu kimi məqamlara yanaşmada daha həssaslıq göstərilməsini tövsiyə edib.

İclasda şikayətçi tərəfə də komissiyanın irad və tövsiyələri çatdırılıb. Bildirilib ki, Xədicə İsmayılovanın mediada “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadəyə ünvanlanan təhqiramiz ifadələri də jurnalist üçün yolverilməzdir, peşə etikası ilə bir araya sığmadığına görə belə hallar da məqbul sayıla bilməz .


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »