Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İsrail jurnalistləri Azərbaycan Mətbuat Şurasında olublar

-

Bu gün İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəvətilə ölkəmizə təşrif buyurmuş israilli jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar. Qonaqları salamlayan MŞ sədri ƏflatunAmaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.

 

Ə.Amaşov bildirib ki, ölkə jurnalistlərinin vahid özünütənzimləmə qurumu olan Mətbuat Şurasının əsas missiyası media orqanları ilə bağlı ayrı-ayrı vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Bu missiya səmərəliliyi ondadır ki, kütləvi informasiya vasitələrinin fəaliyyətindən narazılıqlar məhkəmə müstəvisinə daşınmır. Şura həmçinin jurnalistika sahəsində müxtəlif tematik tədbirlər, layihələr də reallaşdırmaqdadır. 

 

Azərbaycan və İsrail dövlətləri arasındakı mövcud əməkdaşlığın uğurlu xətt üzrə inkişafından söz açan MŞ sədri bunun media orqanlarının əməkdaşlığına da sirayət etməsinin vacibliyini vurğulayıb. Rəhbərlik etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlığa hazır olduğunu dilə gətirib. 

 

Görüşdə xarici qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, Azərbaycan dövlətinin media siyasətinin müxtəlif aspektləri ilə bağlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Habelə qarşılıqlı maraq doğuran məsələlərə, o cümlədən Azərbaycan həqiqətlərinin xaricdə təbliğinə dair fikir mübadiləsi aparılıb. 

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »