Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Ümumdünya Söz Azadlığı Gününü «Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası» ilə birgə qeyd etdi

Tədbirdə «Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan» layihəsinin təqdimatı olub

Bu gün Azərbaycan Mətbuat Şurası «Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası» ilə birgə 3 may Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş «dəyirmi masa» keçirib. Toplantıda «Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası»nın «Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan» layihəsinin təqdimatı olub.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov 3 may Ümumdünya Söz Azadlığı Gününün yaranma tarixi barədə ətraflı məlumat verib. Şura sədrinin sözlərinə görə, 1993-cü ildən BMT səviyyəsində rəsmi surətdə qeyd edilən bu tarixin mahiyyətinin Azərbaycan ictimaiyyətinə çatdırılması vacib əhəmiyyət kəsb edir. Bu günkü toplantı eyni zamanda həmin zərurəti dəyərləndirmək məqsədindən irəli gəlir. 

Ə.Amaşov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərin dərinləşməsində beynəlxalq təşkilatların və səfirliklərin media ilə iş təcrübəsinin öyrənilməsi vacib əhəmiyyət daşıyıb. Belə qurumlardan biri də Türkiyə Respublikasının Azərbaycandakı Böyükelçiliyidir. Ötən illər ərzində səfirliyin Azərbaycan jurnalistləri ilə əlaqələri xeyli genişlənib ki, bu işdə mətbuat müşaviri Bülənt Uğurun əməyi danılmazdır: «Cənab Uğurun Azərbaycandakı fəaliyyət missiyası başa çatmaqdadır. Hesab edirəm ki, KİV təmsilçilərimiz onun simasında peşəkar münasibətlərin rəsmiyyətdən dostluğa, qardaşlığa, dərin anlaşmaya keçidinin misilsiz nümunəsi ilə tanış olublar», - deyə Ə.Amaşov B.Uğura MŞ-nin təşəkkür məktubunu təqdim edib. Səfirlik təmsilçisi çıxışında jurnalistlərə təşəkkürünü bildirərək Azərbaycandakı fəaliyyətinin həyatında böyük önəm daşıdığını bildirib. 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Ümumdünya Söz Azadlığı Gününün ölkəmizdə qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycan dövlətinin ifadə və mətbuat azadlığı ilə bağlı proseslərə ciddi önəm verdiyini bildirib. Bu sahədə son illər dövlət tərəfindən reallaşdırılan tədbirlərə diqqət çəkən sektor müdiri mövcud istiqamətdəki fəaliyyətin davamlı olacağını deyib: «Azərbaycanda söz və mətbuat azadlığının dərinləşməsinə yönələn çoxsaylı layihələr həyata keçirilir. Bu məsələlərlə bağlı müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa üstünlük verilir. Şübhəsiz ki, tədbirlərin faydası var. Amma jurnalistlərin özləri də aktiv olmalıdırlar. Onlar mediamızın mütərəqqi ənənələrinin öyrənilməsinə, inkişaf etdirilməsinə çalışmalı, eyni zamanda peşəkarlıq tələblərinə daha həssas yanaşmalıdırlar», - deyə o əlavə edib.

BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu «Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası»nın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə danışıb. O bildirib ki, koalisiyaya Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ), «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Demokratik Jurnalistlər Liqası daxildir. 

MŞ sədrinin müavini, JUHİ sədri, «Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan» layihəsinin koordinatoru Müşfiq Ələsgərli «dəyirmi masa» iştirakçılarını layihə çərçivəsində hazırlanan saytla tanış edib. Layihənin Beynəlxalq Jurnalistlər Federasiyası ilə «Söz azadlığı və jurnalist peşəkarlığı kolalisiyası»nın birgə məhsulu olduğunu deyən M.Ələsgərli burada əsas donor qismində Avropa Komissiyasının çıxış etdiyini diqqətə çatdırıb: «Layihə ölkə mediasının dünya standartlarına uyğunlaşdırılması sahəsində «yol xəritəsi» mahiyyətini daşıyır».

Milli Tleviziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, hazırkı dövrdə media cəmiyyətin inkişafında olduqca böyük rol oynayır. Elə bir sahə yoxdur ki, media ilə bu və ya digər dərəcədə bağlı olmasın. Mövcud durum jurnalistlərdən də adekvat münasibət, xüsusən də peşəkarlıq tələb edir. «Cəmiyyət də, dövlət də mediaya böyük diqqət ayırır. Amma elə məsələlər var ki, birbaşa jurnalistlərin özlərindən asılıdır. Bunlardan ən mühümü daha çox fərdi səciyyə daşıyan peşəkarlıqdır», - deyən N.Məhərrəmli Mətbuat Şurasının son zamanlar KİV təmsilçilərinin peşəkarlıqlarının artırılması istiqamətdəki fəaliyyətinin zəruriliyini vurğulayıb.  

İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli «Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan» layihəsinin əhəmiyyətindən söhbət açarkən KİV-lərdə hələ də peşə prinsiplərinin pozulmasına geniş rast gəlindiyini bildirib: Onun sözlərinə görə, ölkədə söz və mətbuat azadlığı sahəsində kifayət qədər mükəmməl qanunvericilik mövcuddur. Qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi şərait də yaradılıb. Lakin bəzən jurnalistlər tərəfindən dövlətin söz və mətbuat azadlığı ilə bağlı ortaya qoyduğu iradədən sui-istifadə halları yaşanır. C.Məmmədli layihənin bütün bu kimi neqativ halların aradan qaldırılmasında vacib rol oynayacağına ümidvar olduğunu deyib. 

Eyni fikri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də bölüşüb. Rəhbəri olduğu qurumun fəaliyyət missiyasının söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsinə yönəldiyinə diqqət çəkən icraçı direktor KİVDF-nin həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib. 

«Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə hər zaman böyük diqqət yetirilib. Hesab edirəm ki, bu qayğı artan xətt üzrə inkişaf etməkdədir», - deyən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli söz azadlığı şəraitində müəyyən etik çərçivənin olmasını vacib sayıb. Təqdimatı keçirilən layihənin əhəmiyyətinə bu baxımdan diqqət çəkən A.Əli KİV-lərlə bağlı əksər məhkəmə çəkişmələrinin məhz etik normalara əməl olunmamasından qaydanqlandığını vurğulayıb. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov çıxışında KİV-lərin söz azadlığı məsələlərinə həssas yanaşmalarında və ümumiyyətlə bu kimi məsələlərdə mətbuat xidmətlərinin rolundan söhbət açıb. Onların öz fəaliyyətlərini daim təkmilləşdirilməli olduqlarını önə çəkən XİN rəsmisinin qənaətincə, belə layihələr prosesə yardmçılıq baxımından əhəmiyyətlidir. 

Jurnalist Azər Həsrət layihənin müsbət nəticələr verəcəyinə inandığını bildirərkən ölkədə əvvəlki illərlə müqayisədə bunun üçün tutarlı əsasların mövcudluğunu vurğulayıb. «Uzun illər söz azadlığı məsələsində müəyyən ləngimələr olub. Lakin indiki dövrdə baş verən proseslər, o cümlədən dövlətin KİV-lərə qayğısının təzahürü kimi baş verən hadisələr onu deməyə əsas verir ki, media ilə hakimiyyət arasında bir dialoq mövcuddur. Bu dialoqun baş tutmasının xeyrini bütövlükdə Azərbaycan jurnalistikası görür» - deyə əlavə edib. 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »