Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının layihəsi əsasında Şəkidə «dəyirmi masa» keçirilib

-

Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək» ləyihəsi çərçivəsində növbəti «dəyirmi masa» dekabrın 27-də Şəkidə «Şəki saray» hotelində baş tutub.

“Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusundakı toplantını giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açıb.O, ziyalılar yurdu olan Şəkinin Azərbaycanın ictimai fikir tarixindəki önəmindən bəhs edib. Bu qədim diyarda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin çoxluğuna diqqət çəkib. M.Səlimov həmçinin Şəkinin yaradıcı şəxslərinin Azərbaycan ədəbi dilinin zənginləşməsinə xidmət göstərən sanballı nümunələrə imza atdıqlarını da vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri Əvəz Rustəmov layihənin məqsəd və vəzifələrindən söz açıb. İndiyədək layihə çərçivəsində ölkənin bir sıra bölgələrində tematik tədbirlərin reallaşdırıldığını qeyd edən Ə.Rüstəmov həmçinin KİV-lərdə aylıq monitorinqlərin aparıldığını da vurğulayıb. Mövcud təşəbbüsün davamlı olacağına inamını ifadə edib. «Bildiyiniz kimi, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» qəbul edilib. Proqram mətbuatda və digər KİV-lərdə Azərbaycan ədəbi dilinin işlənilməsi sahəsindəki vəziyyətin də diqqət mərkəzində saxlanılmasını zərurətə çevirir. Buna görə də belə layihələr davamlı xarakter almalıdır və Mətbuat Şurası da fəaliyyətində məsələni diqqətdə saxlayır».

MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə təmsil olunduğu qurumun hər zaman Azərbaycan ədəbi dilinin qorunması məsələlərinə önəm verdiyini vurğulayıb. «Dövlət proqramının icrasına məsul qurumlar sırasında Azərbaycan Mətbuat Şurasının da adı var. Bu layihə isə indiyədək həyata keçirilmiş fəaliyyətin bir növ davamı kimi də əhəmiyyətlidir. Eyni zamanda proqramın icrasını nəzərdə tutur», - deyən R.Hüseynzadə layihə çərçivəsindəki monitorinqlərdən əldə edilən nəticələrdəki xarakterik xüsusiyyətdən söz açıb. O əlavə edib ki, ədəbi dilin pozulması halları təkcə media məkanında təzahür edən proses deyil. Buna görə də məsələ bütövlükdə ictimaiyyətin diqqət mərkəzində saxlanılmalıdır. Pozuntu faktlarına münasibətdə tutarlı ictimai qınaq da formalaşmalıdır.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycan Mətbuat Şurasının gerçəkləşdirdiyi layihənin əhəmiyyətindən söz açıb. O eyni zamanda AR Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonudunn timsalında Azərbaycan dövlətinin dil məsələlərinə həssas yanaşmasının əməli nəticələr verəcəyinə əminliyini vurğulayıb. «Amma bu sistemli fəaliyyət nəticəsində mümkündür. Azərbaycan ədəbi dilinin pozulması məsələsi əslində mediamızda bağlı digər problemləri də qabarıq şəkildə ortaya çıxarır. Buna görə də məsələyə kompeks yanaşma vacibdir», - deyə o vurğulayıb.

«Şəki» qəzetinin redaktoru Akif Salam çıxışında Azərbaycan ədəbiyyatında, dilçilik elmində Şəkinin oynadığını rolun əhəmiyyətini təsdiqləyən maraqlı məqamlardan danışıb. Mövcud əsasın rayondakı media orqanlarının da fəaliyyətində aparıcı xətti təşkil etdiyini diqqətə çatıdırb.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimi Kamil Adışirinov müxtəlif ədəbi dil nümunələrinə dair xüsusiyyətlərin Azərbaycan mediasında işlədilməsinin zəruriliyinin əsaslandırıb.  Oğuz rayonunun «Oğuz yurdu» qəzetinin redaktoru Nazim Hüseynli mediada dil sahəsindəki pozuntu faktlarını doğuran başlıca səbəblərdən biri kimi digər dillərdən alınma sözlərin yerində işlədilməməsini vurğulayıb.

Çıxış edənlərdən «Region Şəki» qəzetinin baş redaktoru Baba Mirzəxanlı, «Şəki təhsili» qəzetinin baş redaktoru Bəşarət Süleymanov və başqaları «dəyirmi masa»nın əhəmiyyətinə toxunaraq mövzu ilə bağlı təkliflərini səsləndiriblər.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »