Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında “Ruhum Qarabağlıdır” filminin təqdimatı keçirilib

Filmin ssenari müəllifi tanınmış jurnalist-publisist Bəxtiyar Qaracadır

Bu gün Azərbaycan Mətbuat Şurasında “Ruhum Qarabağlıdır” filminin təqdimatı keçirilib. Tədbirdə MŞ İdarə Heyətinin üzvləri, Qarabağ icmasının təmsilçiləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

 

Mərasimi Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, təqdimatına toplaşdığımız filmin ssenari müəllifi tanınmış jurnalist-publisist Bəxtiyar Qaracadır. Filmin ideya motivinin əsasını Milli Məclisin deputatı Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” silsiləsindən şeirləri təşkil edir. Ə.Amaşov Şuşanın işğalının 20 illiyinə həsr olunmuş filmin Ağdamın ermənilər tərəfindən zəbti günü ərəfəsində təqdimatına məntiqi aydınlıq gətirib. Məsələnin qayəsində dayanan əsas ictimai-siyasi cəhətlərin təhlilini verərək bütövləşməyə xidmətin hər bir Azərbaycan vətəndaşının başlıca qayəsi olduğuna diqqəti yönəldib.

 

Şura sədri Şuşanın Azərbaycan tarixində, mənəvi dəyərlərimizin bir ölkə çərçivəsindən kənara çıxmasındakı misilsiz rolundan söhbət açıb. O qeyd edib ki, ümumiyyətlə, Qarabağa və Şuşaya həsr olunmuş bir sıra ekran əsərlərinin mövcudluğuna baxmayaraq, bu film özünəməxsusluğu ilə fərqlənir. Ekran əsəri insanlara yeni ruh bəxş edir və eyni zamanda torpaqlarımızı necə qaytara bilərik sualına aydınlıq gətirir.

 

Söz  Xocavənd Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Aslanova verilib. O deyib ki, filmin çəkənlər də, aktyorlar da xocavəndlilərdir. Orada peşəkar aktyorların, sənətkarların xidmətindən istifadə olunmayıb. Filmin orijinallığı nəzərə çarpan simaların müharibənin, qaçqın-köçkün həyatının ağrı-acılarını yaşayan xocavəndlilərin olmasındadır. Onlardan kimsə bir kəlmə belə danışmır. Amma bütün kadrlar boyu görünənlərin hər biri faciələrə şahidlik edib. Bu görüntülər tamaşaçıya Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə hazır olmağı təlqin edir.

 

Filmin nümayişindən sonra söz Milli Məclisin deputatı Qənirə Paşayevaya verilib. O, “Ruhun Qarabağlıdır” şeirlər silsiləsinin yaranma tarixindən danışıb. Millət vəkili həmin şeirlərin Qarabağ icmasında görüş zamanı 26 şəhid vermiş ana ilə söhbətin təsiri altında yarandığını, sosial şəbəkədə yerləşdirilmiş nümunənin Xocavənd Rayon İcra Hakimiyyəti rəhbərliyinin ideyası əsasında lentə alındığını deyib. Qeyd edib ki, filmin ərsəyə gəlməsindən təqdimat mərasiminə dəvət olunarkən xəbər tutub. Qənirə xanım belə diqqətəlayiq və təmənnasız xidmət nümunəsinə görə ekran əsərinin ərsəyə gəlməsində zəhməti olan hər bir şəxsə minnətdarlığını bildirib. O, həmçinin tədbir iştirakçılarına milli mətbuat günü münasibətilə də təbriklərini yetirib, Qarabağ müsibətlərinin bundan sonra da fəal işıqlandırılmasında media təmsilçilərinə uğurlar arzulayıb.

 

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Aydın Dadaşov: “Ruhum Qarabağlıdır” filminin ideyası işıqlıdır – deyib, - həmin nümunə informasiya alınması baxımından da dəyərə malikdir”.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu filmin səmimiyyət nümunəsi olduğunun onun adından qaynaqlandığını deyib. O, yaradıcıların və Qənirə xanımın Azərbaycan ictimaiyyətinə hərtərəfli dəyərə malik bir nümunə təqdim etməsindən məmnun qaldığını dilə gətirib.  

 

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə filmin yüksək peşəkarlıq nümunəsi olduğunu deyib: “Burada sözün əvəzinə sujetlər, lövhələr danışır. Bunlar yüksək peşəkarlıqla təqdim olunduğundan film bütövlükdə gənc nəslin təlim-tərbiyəsində qiymətli vəsait kimi istifadə edilə bilər”.

 

Şair Zakir Fəxri bu ilin fevralında Bakıda və digər yerlərdə keçirilmiş Xocalı aksiyasını xatırladaraq belə tədbirlərin il ərzində bir neçə dəfə gündəmə gətirilməsinin vacibliyinə toxunub. 

 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib ki, bu filmdə kimsə danışmasa da, Qarabağ faciəsinin ağrı-acılarını yaşayan xocavəndlilərin simasından çox şey oxumaq mümkündür. Sonra o, həmin bölgə ilə bağlı cəbhə xatirələrindən söhbət açıb.

 

Xalq artisti Mənsum İbrahimov bildirib ki, belə nümunələr xalqımıza olduqca gərəklidir: “Qarabağ yarasının közünü qopardır, köhnəlməyə, unudulmağa qoymur”.

 

Tanınmış jurnalist Məzahir Süleymanzadə: “Film öz işini görüb, qəlbimizdən nə keçib, o da var”.

 

Heydər Əliyev Forumunun Azərbaycan təmsilçisi Mirkazım Seyidov deyib ki, biz azərbaycanlıların böyük bir qismi onun hüdudlarından kənarda yaşayır. Elə etməliyik ki, faciələrimizdən dünyanın hər yerində təfərrüatları ilə xəbərdar olsunlar. Əgər film rus dilinə də çevrilərsə, fondumuz onu qonşu dövlətin əksər regionlarında təqdimatını keçirə bilər.

 

Veteran jurnalist Ələsgər Cabbarov, “Xalq qəzeti”nin əməkdaşları Tahir Abbasov və İlqar Həsənov da çıxışlarında “Ruhum Qarabağlıdır”la filmin yaradıcı heyətinin yüksək uğura imza atdıqlarını söyləyiblər. Təklif olunub ki, filmdən ölkənin tədris müəssisələrində əyani vəsait kimi istifadə olunması üçün Təhsil Nazirliyi qarşısında məsələ qaldırılsın. Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu təbliğat işində sosial şəbəkələrin imkanlarından yararlanmağın vacibliyinə diqqəti çəkib.

 

Sonda filmin ssenari müəllifi Bəxtiyar Qaraca səmimi ürək sözlərinə və diqqətə görə tədbir təşkilatçılarına və bütün iştirakçılara təşəkkürlərini bildirib.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »