Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər»

Milli mətbuatın 135 illik yubileyi çərçivəsində baş tutan sayca dördüncü tədbirin məkanı Şəki şəhəri oldu

Bu gün Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca dördüncü tədbir keçirilib. Şəkidə «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda baş tutan konfrasda Prezident Administarsiyasının rəsmiləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Şəki və ətraf bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin redaktorları, ictimaiyyət nümayəndələri və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər. 

Konfransı giriş sözü ilə Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı açıb. Qonaqları salamlayan icra başçısı belə bir tədbirin Şəkidə baş tutmasını rayonun ictimai həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O, ölkədə aparılan geniş quruculuq işlərinin media sahəsinə getdikcə daha çox sirayət etməsini vacib məqam kimi önə çəkib: «Hazırda Şəkidə 6 mətbuat vasitəsi işıq üzü görür. Düşünürəm ki, rayonda media sahəsindəki ab-hava gələcəkdə daha da canlanacaq. Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində baş tutan bu günkü tədbir mətbuata, azad sözə dövlət səviyyəsində verilən önəmin daha bir bariz göstəricisidir».

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn məsələlər barədə məlumat verib. O, yubiley konfranslarının iyulun 22-dək keçiriləcəyini, daha bir neçə bölgəni əhatə edəcəyini bildirərək tədbirlərdəki ictimai aktivlik dərəcəsini medianın cəmiyyətdəki yeri və roluna bəslənilən əhəmiyyətli münasibətin nümunəsi kimi dəyərləndirib. Ə.Mehdiyev ölkədə jurnalist ictimaiyyətinin dəyər verdiyi hadisə və proseslərə hər zaman həssas yanaşıldığını vurğulayaraq bunun dövlətin siyasi xəttindən irəli gəldiyini bildirib. «Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Reallaşdırılan məqsədyönlü tədbirlər kütləvi informasiya vasitələrinin demokratiya və aşkarlığın mühüm amilinə çevirməsinə münbit zəmin yaratmışdır”, - deyə o əlavə edib.

«Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda məruzə edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mediasının inkişaf xüsusiyyətlərindən söhbət açıb: «Həsən bəy Zərdabinin yaratdığı mətbu ənənə əslində sonrakı dövr jurnalistikamız üçün bir növ cığır yaratmış oldu. «Əkinçi» məktəbinin müdavimləri intibah dövrü adlandırılan XX əsrin əvvəllərində «Şərqi-Rus», «Həyat», «Kaspi», «Molla Nəsrəddin», «Zənbur» kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının «Əkinçi» ənənələrindən qaynaqlandığını vurğulayırdılar. Bu mənada mətbuatımızın şah əsəri sayılan «Molla Nəsrəddin» jurnalı xüsusi qeyd edilməlidir. Çar Rusiyasının süqutuna doğru mətbuat istiqlal ideyalarının carçısına çevrilmişdi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq böyük uğur idi və mətbuatımız bunu bacarmışdı”. 

Ə.Amaşov 1920-ci ilin 28 aprel işgalından sonra Azərbaycanda sərt qadağalar, açıq fikrə, obyektiv mövqeyə görə təzyiq və təqiblər mərhələsinin başlandığını və bu dönəmin totalitar sovet rejiminin mahiyyətindən irəli gələn yaşantılarla xarakterizə olunduğunu vurğulayıb. Lakin bu mərhələni mediamızın durğunluq dövrü saymaq düzgün deyil. Bu illərdə də həqiqətləri olduğu kimi yazmağa meylli gənclərin yeni nəsli yetişməkdə idi. Onlar XX əsrin sonlarına doğru azadlıq uğrunda mücadilənin ön sıralarında dayanıblar, ərazi bütövlüyümüz uğrunda canlarını əsirgəməyiblər, müstəqil nəşrlərimizin yaradılmasında cəsarət və istedad nümunəsi göstəriblər. Bunları qeyd edən Şura sədri həmin mərhələnin xüsusi elmi araşdırmaya ehtiyacı olduğunu deyib. Ə.Amaşov məruzəsində həmçinin ölkədə müstəqillik illərində medianın inkişaf xüsusiyyətlərindən, üzləşdiyi çətinliklərdən, problemlərinin həlli istiqamətində dövlət səviyyəsində gerçəkləşdirilən tədbirlərdən söhbət açıb. 

Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışıb. O, Fondun milli mətbuatın 135 illik yubileyi münasibətilə jurnalistlər arasında yazı müsabiqəsi təşkil etdiyini və nəticələrinin tezliklə açıqlanacağını vurğulayıb: «Bütün bunlar jurnalist əməyinin stimullaşdırılmasına, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlıq səviyyələrinin artırılmasına böyük dəstəkdir. Hesab edirəm ki, Fondun mövcud istiqamətdəki fəaliyyəti bundan sonra daha da intensiv səciyyə daşıyacaq». 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkə prezidentinin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə sərəncamı dövlətin media sahəsində məqsədyönlü və ardıcıl siyasi xəttinə dair növbəti bariz nümunəsidir. Ötən illələrlə müqayisə bu xəttin daha da genişlənməkdə olduğunu göstərməkdədir. «Düşünürəm ki, media ictimaiyyətimiz bundan nəticə çıxarmalı, öz fəaliyyətini gücləndirərək adekvat münasibətini ortaya qoymalıdır. Bu işdə hər bir həqiqi jurnalistin üzərinə məsuliyyət düşür», - deyən V.Rəhimzadə diqqəti Mətbuat Şurasının ölkədə media sahəsindəki tənzimləməni nəzərdə tutan fəalyyəti ilə bağlı konkret faktlara çəkib. 

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycan mətbuatında bir sıra problemlərin hələ də mövcudluğunu bildirib. O, son illər jurnalistikadakı bəzi mühüm çətinliklərin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirərək bu kimi toplantıların Azərbaycan mediasının həqiqi simasının cəmiyyətə çatdırılması baxımından əlamətdar səciyyə daşıdığını vurğulayıb. «Prezident sərəncamı dövlətin mətbuata nə dərəcədə önəm verdiyini bir daha təsdiqləyir. Çox fərəhli haldır ki, mövcud imkanlardan mövqeyindən asılı olmayaraq hər bir həqiqi media orqanı və jurnalist bəhrələnə bilir. Düşünürəm ki, bu cür münasibət Azərbaycan mediasının müstəqil monolit orqanizm kimi formalaşmasına müsbət təsirini göstərəcəkdir», - deyə o bildirib. 

Çıxış edənlərdən «Şəki» qəzetinin redaktoru Akif Salamov, «Balakən» qəzetinin redaktoru Mürsəl Mikayılov, Qax rayonunda çıxan «Şəlalə» qəzetinin redaktoru Nadir Atakişiyev, «Oğuz yurdu» qəzetinin redaktoru Nazim Hüseynov, «Zaqatala» qəzetinin redaktoru İbrahim İbrahimov diqqəti Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif çalarlarına yönəldiblər. Onlar həyata keçirilən məqsədyönlü tədbirlərin əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbu ənənələrin dirçəldilməsinə, medianın saf və sağlam təməllər üzərində inkişafına daha münbit şərait yaradacağına əminliklərini bildiriblər.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »