Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

Beş məsələ müzakirə olunub

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri öncə müzakirəsi tövsiyə olunan müraciətləri müəyyənləşdiriblər. Gündəliyə 5 məsələnin salınması məqbul sayılıb.

Əvvəlcə Bakı Dövlət Sirkinin «arena.tv» saytı barədə müraciətinə baxılıb. Komissiya üzvləri bu kütləvi informasiya vasitəsindən narazılıq doğuran yazının jurnalist peşəkarlığı ilə hazırlanmadığını, etik prinsiplərin tələblərinə əməl olunmadığını müəyyənləşdiriblər. Məhz buna görə də sayta hə min materialın oradan götürülməsi, təkzib, yaxud qarşı tərəfin mövqeyini ifadə edən məktubunu yayımlaması tövsiyə olunub. Cavabdeh tərəf isə rəyin icrasına hazır olduğunu bildirib. 

Sonra «Gündəm xəbər» qəzetinin və onun elektron versiyasının Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı haqqında Azərbaycan Mətbuat Şurasına ünvanlanan müraciətlər müzakirə edilib. Məlumat verilib ki, Göygöl rayonundakı Xaqani Kənd Musigi Kollecindən, Kəlbəcər Rayon Təhsil Şöbəsindən, Gəncə şəhər sakini Şəhriyar Əliyev tərəfindən göndərilən məktublarda M.Əzizqızının peşə səlahiyyətindən sui-istifadə etməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Gəncə Musiqi Kolleci rəhbərlərinin şikayətlərində isə onların barəsində saytda və mətbu orqanda yanlış məlumatların yayımlandığı göstərilib. Komissiya rəy çıxararkən bunları və hüququ müstəvidə araşdırılması zəruri olan məqamların mövcudluğunu nəzərə alıb. Şikayətçilərə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etmələri tövsiyə olunub. 

«Faktinfo.az» saytının baş redaktoru Fuad İsgəndərov Ağstafa Rayon İcra Hakimiyyətinin saytda bu qurumla əlaqədar təqdim olunan yazıda etik prinsiplərin bir sıra tələblərinin gözlənilməməsi barədə iradlarını səmimi qəbul edib. Rəy qəbulu zamanı şikayətə səbəb yazının iclasa qədər saytdan götürülməsi müsbət dəyərləndirilib. Bununla belə bu KİV-ə təkzib, yaxud qarşı tərəfin mövqeyinin ifadəsini tapdığı məktubunun verilməsi tövsiyə edilib.

Komissiya AMEA-nın Aşkarlar Kimyası İnstitutunun «Təzadlar» qəzeti ilə bağlı müraciətini araşdırarkən mətbu orqana qarşı tərəfin tələbinə uyğun olaraq məsələ ilə əlaqədar təkzib verməsini məqsədə müvafiq sayıb.

Ağcabədi Meşə Mühafizəsi və Bərpası İdarəsinin «politika.az» saytı ilə bağlı şikayəti cavabdeh tərəf iclasa gəlmədiyi üçün gündəlikdən çıxarılıb.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »