Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda

MÜSABİQƏ

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koodinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunun, türk dünyasına təsiri imkanlarının tədqiqi istiqamətindəki jurnalist fəaliyyətini stimullaşdırmaq məqsədilə “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda müsabiqə elan edir.

I. Müsabiqənin istiqamətləri

Müsabiqəyə təqdim olunacaq yazılar üçün “Türkdilli Ölkələrin və Toplumların Media Forumu: ideyanın yaranması, təşəkkülü və gələcəyə baxış” istiqaməti müəyyənləşdirilib.

II. Mükafatlandırma

Müsabiqədə 3 yer nəzərdə tutulub.

Müsabiqənin qalibi Türkdilli Ölkələrin və Toplumların noyabrın 15-də Şimali Kiprdə keçiriləcək IV Forumunda iştirak hüququ əldə edəcək.

Müsabiqədə ikinci və üçüncü yerə layiq görülmüş jurnalistlər Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə bu ölkənin müxtəlif yerlərinə təşkil ediləcək turlarda iştirak hüququ qazanacaqlar. Turların vaxtı barədə qaliblərə əlavə məlumat veriləcək.
Müsabiqədə yer tutacaq şəxslərin adları noyabrın ayının 5-dək açıqlanacaq.

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

    Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
    Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
    İfadə vasitələrinin zənginliyi;
    Oxucu üçün informasiyalılıq dərəcəsi;
    Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

Müsabiqəyə 03-30 oktyabr 2014-cü il tarixlərində qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasıın və TİKA-nın Bakı nümayəndəliyinin “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:     Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də
verilməlidir.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

    yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

    yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;

    yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

    müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

    yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

    materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

    diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

    yazı elektron media resursunda verilibsə, elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl.

Müsabiqə üçün yazılar 03-30 oktyabr 2014-cü il tarixlərində həftənin iş günləri saat 11.00-dan 16.00-dək Bakı şəhəri, Səməd Vurğun 134 ünvanında – Türkiyənin Azərbaycandakı Səfirliyində qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.



Əlaqə telefonu:

        (012) 441 35 96
        (012) 441 39 26
        (050) 229 04 26
        (055) 201 99 26




15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »