Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Əli bəy Hüseynzadə və türk dünyası” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi

Mayın 3-də Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) kütləvi informasiya vasitələri arasında elan etdiyi “Əli bəy Hüseynzadə və türk dünyası” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

3 may Türkçülük Gününə həsr olunmuş toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yazıçı, şair, görkəmli fikir adamı Nihal Atsızın adı ilə bağlı olan Türkçülük Günü hazırda böyük təntənə ilə qeyd olinmaqdadır. Məhz belə bir gündə Əli bəy Hüseynzadəni yada salmaq müstəsna önəm daşımaqdadır. Çünki Əli bəy Hüseynzadə türkçülük ideologiyasının banilərindəndir. Onun kimi fikir dühalarının Azərbaycan xalqının formalaşmasında müstəsna xidmətlər göstərdiklərini deyən Ə.Amaşov əlavə edib ki, həmin şəxsiyyətlərin böyük əməyi nəticəsində Azərbaycan Demokratik Respublikasının ideoloji bazası hazırlandı

Ə.Amaşov çıxışında eyni zamanda Əli bəy Hüseynzadəni siyasi türkçülüyün əsasını qoyan şəxsiyyət kimi də səciyyələndirib. Görkəmli mütəfəkkirin türk xalqlarının vahid dil konsepsiyasını irəli sürdüyünü diqqətə çatdırıb. “Sovetlər Birliyi dağılandan, türkdilli xalqlar müstəqil olduqdan sonra Əli bəy Hüseynzadənin ideyaları yenidən gündəmə gəldi. Nəticədə türk birliyini təcəssüm etdirən müxtəlif təşkilatlar yarandı. Bu gün həmin təşkilatlar məhz Əli bəyim miras qoyduğu ideoloji xəttin daşıyıcıları kimi çıxış edirlər. Fəxr ediləsi haldır ki, belə bir şəxsiyyəti yetirən məhz Azərbaycan torpağıdır. Buna görə də bizlər Əli bəy Hüseynzadə irsini daha dərindən öyrənməli və təbliğ etməliyik. Hesab edirəm ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin və Mətbuat Şurasının jurnalistlər arasında birgə müsabiqəsi də bu baxımdan əhəmiyyətli olub”, - deyən MŞ sədri müsabiqəyə böyük marağın olduğunu vurğulayıb. Əlavə edib ki, MŞ və ATXƏM bunu nəzərə alaraq mükafatçıların sayını artırmaq, eyni zamanda fəxri mükafatlar da təqdim etmək qərarına gəlib.

ATXƏM sədri İlham İsmayılov Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident sərəncamını tariximizə, keçmişimizə diqqət və qayğı nümunəsi kimi qiymətləndirib. O, Əli bəy Hüseynzadənin həyat yolu barədə söz açaraq onun irsinin öyrənilməsinin aktuallığı üzərində dayanıb. “Əli bəy Hüseynzadənin 100 il əvvəl yazmış olduğu fikir və ideyalara bu günkü hadisələr reallığında baxanda görürük ki, doğrudan da türk dünyasının birliyinə çox böyük ehtiyac var”, - deyən İ.İsmayilov Əli bəy Hüseynzadə ilə bağlı tədbirlərin gələcəkdə də təşkil olunacağını söyləyib. Yazı müsabiqəsi barədə də söz açan İlham İsmayılov  40-dan artıq materialın təqdim edildiyini deyib.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev Əli bəy Hüseynzadə barədə çoxsaylı tədqiqatların aparıldığını, məqalələrin yazıldığını vurğulayıb: “Müstəqillik şüurumuzun əsasında məhz həmin şəxsiyyətin yaradıcılığı dayanır. Heç şübhəsiz ki, Əli bəy Hüseynzadəyə qədər də fikir adamlarımız, mütəfəkkirlərimiz olub. Ancaq Əli bəy ümumtürk coğrafiyasında türk dövlətləri birliyi ideyasını, türk federalizmini yayan ilk mütəfəkkirimizdir”.

Yazıçı-publisist, “OLAYLAR” İnformasiya Agentliyi və eyniadlı qəzetin rəhbəri Yunus Oğuz bildirib ki mayın 3-ü həm də Ümumdünya Mətbuat Azadlığı günüdür. Mətbuatın silahı olan sözün mahiyyətinə kəsilmiş azadlıq türkün yaşam etalonudur: “Orta əsrlərdə milli kimlik yaddan çıxmışdı. Əsasən dini kimlik və dinlərarası savaş, ideoloji mübarizə gedirdi. Son nəticədə dini kimlik təriqətlərə bölündü. Təriqətlər də şaxələndi. Bu gün də müəyyən radikal təriqətlər, digər dini təriqətlər var. Onların bir-birilərilə mübarizəsi həddən artıq güclüdür. Hətta bir neçə ölkədə tamamilə hakimiyyətə yiyələniblər. Ancaq türklük milli kimlik kimi bilinəndə artıq mübarizələrə son qoyulur. XV-XVI əsrdə dünyanı fəth edən dörd dövlət vardı- Osmanlı, Qızılbaşlar, Şeybanilər və Baburlar. Bunlar dini kimliyə, məzhəbə görə ayrılırdı. Ancaq bu gün bütün dünyada türklər, türk respublikaları artıq birləşirlər və türklük milli kimliyin simvoluna çevrilir. Təbii ki, bu millətin vahid gücə çevrilməsi deməkdir”.

Çıxışlardan sonra “Əli bəy Hüseynzadə və Türk dünyası” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məqalə müəlliflərindən beşinə Azərbaycan Mətbuat Şurası və ATXƏM-in xüsusi mükafatı təqdim olunub. Bundan başqa 1 nəfər birinci, iki nəfər ikinci, 3 nəfər isə üçüncü yerə sahib olub. 18 məqalə müəllifinə isə həvəsləndirici mükafat təqdim edilib.

“Əli bəy Hüseynzadə və Türk dünyası” müsabiqəsinin laureatlarının siyahısı

I yer

Samir Mustafayev, “Vergilər” qəzeti

II yer

1.    Mübariz Abdullayev, “Yeni Azərbaycan” qəzeti
2.    Dilqəm Əhməd, “Gündəlik teleqraf” qəzeti

III yer

1.    Tahir Abbaslı, “Mədəniyyət” qəzeti
2.    İsmayıl Qocayev, “Şərq” qəzeti
3.    Könül Nəhmətova, “Azərbaycan müəllimi” qəzeti

1.    Rufik İsmayılov, “Kaspi” qəzeti
2.    Mənsur Cəfərov, “Şərq” qəzeti
3.    Aynurə Əhmədova, “Ayna Zerkalo” qəzeti
4.    Azad Adıgözəlov, “Türküstan” qəzeti
5.    Tamxil Ziyəddinoğlu, “Bütöv Azərbaycan” qəzeti
6.    Elmar Hüseynov, “Simsar.az” saytı
7.    Təbriz Vəfalı, “Həftə içi” qəzeti
8.    Fariz Yunisli, “Mədəniyyət” qəzeti
9.    Əfsanə Bayramqızı, “Xalq qəzeti”
10.    Gülşən Behbud, “Atilla” jurnalı
11.    Şəymən Bayramova, “Şərq” qəzeti
12.    Mübariz Bayramov, “Mövqe” qəzeti
13.    Sevda Əsgərova, “Millətçilik” qəzeti
14.    Hülya Məmmədova, “Yeni Azərbaycan” qəzeti
15.    Vasif Həsənli, “Publika.az” saytı
16.    Rüstəm Məlikov, “Qələbə” qəzeti (Salyan)
17.    Azər Abdulla, “Astara” qəzeti (Astara)
18.    Ramiz Həmidov, “Kür” qəzeti (Yevlax)

FƏXRİ MÜKAFATLAR

1.    Şamil Vəliyev, BDU-nun jurnalistika fakultəsinin dekanı
2.    Elçin Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru
3.    Bəxtiyar Qaraca, “Azərbaycan” qəzetinin əməkdaşı
4.    Nəsir Əhmədli, BDU-nun jurnalistika fakultəsinin professoru
5.    Alxan Bayramov, BDU-nun jurnalistika fakultəsinin dosenti


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »