Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Komissiyanın üzvləri 6 müraciəti araşdıraraq rəylər qəbul ediblər

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq rəylər qəbul ediblər. 


Öncə «Azərbaycan» qəzetinin «modern.az» internet portalında yayımlanmış «Tanınmış telejurnalist insult keçirdi» (2 avqust 2013-cü il) sərlövhəli xəbərdə yanlışlığın yer alması ilə bağlı müraciətinə baxılıb. Saytın təmsilçisi Xəqani Səfəroğlu şikayətdə ifadəsini tapan məqamların haqlı olduğunu, materialın saytdan götürüldüyünü, təkzib verildiyini deyib. O vurğulayıb ki, «modern.az» jurnalistlərin sağlamlıq durumu ilə əlaqədar informasiyaları əvvəllər də təqdim edib və xoş mərama hesablanmış xəbərlər haqqında yazılan şəxsin səhhətinin yaxşılaşmasına yönələn tədbirlərin görülməsi ilə nəticələnib. «Azərbaycan» qəzetinin əməkdaşı Bəşir Səfərliyə münasibətdə də xoş niyyət ön planda olub. Sadəcə faktın dəqiqləşdirilməməsi haqlı narazılıq doğurub. 


Komissiya cavabdeh tərəfin nəzərinə çatdırıb ki, şikayət doğuran material saytdan götürülsə də, ona digər xəbər portallarının da istinadı məsələnin ictimailəşməsi ilə nəticələnib. Sayta tövsiyə olunub ki, belə səpkili materiallar hazırlanarkən məlumatların dəqiqliyi müəyyənləşdirilməli, etik prinsiplərin tələblərinə əməl olunmalıdır. Yaranmış problemi aradan qaldırmaq istiqamətində görülmüş işlər barədə qarşı tərəfə cavab məktubunu göndərilməlidir. 


«Space» Müstəqil Televiziya və Radio Şirkətinin «starxeber.az» saytında həmin telekanalın fəaliyyəti, rəhbərliyi və kollektivi haqqında yalan və böhtan dolu məlumatların yayılması ilə əlaqədar şikayətin araşdırılmasına cavabdeh tərəfin təmsilçisi qatılmayıb. Məlumat verilib ki, xəbər portalının rəhbərliyi dekabrın 10-da bu barədə orada məlumatla yanaşı Mətbuat Şurasının və şikayətçinin məktublarını yerləşdirib. Bunun prosedur qaydalara zidd olduğu göstərilib. Həmçinin etik prinsiplərə sayğısızlıq hallarının şikayət doğuran materiallarda özünü qabarıq biruzə verdiyi vurğulanıb. Komissiya «starxeber.az»ın «Space» telekanalında vaxtilə işləmiş İdris Cəfərovun qurumun rəhbərliyi haqqında yaydığı çıxışları qarşı tərəfin fikrinə aydınlıq gətirmədən yaymasının həqiqətə xidmət məramından irəli gəlmədiyini müəyyənləşdirib. Şikayətçi tərəfə məsələni hüquqi müstəvidə araşdırmaq tövsiyə olunub. 


İclasda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin «Yeni Müsavat» qəzetilə əlaqədar müraciətinə baxılarkən mətbu nəşrin  qarşı tərəfin mövqeyini verməsi əsas götürülüb. Məsələ həllini tapmış hesab edilib. 


Komissiya Quba Sosial-İqtisadi Kollecinin və Quba Rayon Polis Şöbəsinin «dosye.az» saytı, İlisu Dövlət Qoruğunun «Təhqiqatın gücü» qəzeti barədə şikayətlərinə baxaraq hər iki kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqsədəmüvafiq sayıb. 


 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »