Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası Şəkidə keçirilib

-

Sentyabrın 11-də Şəki şəhərində Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Tədbiri açan MŞ sədri Əflatun Amaşov iclasın gündəliyi ilə bağlı məlumat verib.


Gündəlikdə duran birinci məsələ dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçilimiş müşavirəsi ilə bağlı müzakirələr olub.


Ə.Amaşov bildirib ki, müşavirə Azərbaycanda dövlətinin söz və ifadə azadlığına yaratdığı münbit şəraitin hər hansı sui-istifadələrə meydan tanımayacağına dair mesaj idi. Jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə məsuliyyət yükünün artırılması baxımından da son dərəcə önəmliydi. Bunu rəhbər tutan kütləvi informasiya vasitələri Azərbaycan Mətbuat Şurasının tövsiyələrinə uyğun olaraq özlərinin daxili iclaslarını keçirdilər. Həmin toplantılarda Azərbaycanın müharibə şəraitində yaşadığı vurğulandı və jurnalist peşəkarlığında milli maraqlara sadiqliyin mühüm əhəmiyyət daşıdığı önə çəkildi, jurnalist peşəsinin ictimai yükü qabardılmaqla peşə prinsiplərinin milli mənafe təəssübkeşliyi ilə həmahəng olmasının vacibliyi diqqətə çatdırıldı. 


Mətbuat Şurası müşavirədə səslənmiş məqamlarla bağlı müxtəlif aspektlərin müzakirəsi,  ümumən informasiya təhlükəsizliyi prosesində KİV-lərin fəaliyyət səmərəliliyinin davamlı şəkildə diqqətdə saxlanılması zərurətini nəzərə alaraq sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın informasiya təhlükəsizliyi media müstəvisində” adlı konfrans düzənlədi. Ölkənin aparıcı KİV-lərinin, eləcədə elektron media rəhbərlərinin, eləcə də tanınmış ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbir geniş diskussiyalar şəraitində keçdi. Toplantıda istər jurnalistlərin, istərsə də informasiya verilməsinə məsul strukturların fəaliyyət intensivliyinin artırılması, daha səmərəli nəticələrin əldə edilməsi baxımından təkliflər irəli sürüldü. Mətbuat Şurası həmin təklifləri qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim edəcək.


Təkliflər içərisində «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda müvafiq əlavə və dəyişikliklər edilməklə internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, ali məktəblərin jurnalitika fakultələrində hərbi jurnalist hazırlığının ayrıca ixtisas kimi yer alması üçün müvafiq tədbirlərin görülməsi, informasiya agentliklərinin təsisi imkanlarına və statusuna yenidən baxılması, dövlət qurumlarının media ilə işə məsul bölmələrinin struktur fəaliyyətinin daha da operativləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində işlərin görülməsi kimi məqamlar var.


MŞ-nin İdarə Heyətinin üzvlərindən Milli Məclisin deputatı Cavanşir Feyziyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təkliflərdə nəzərdə tutulan məsələlərin medianın peşəkarlığının artırılması baxımından əhəmiyyətini qeyd ediblər.


İclasda müzakirə olunan ikinci məsələ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında qərarların qəbulu olub. Müzakirələrdən sonra “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəyi əsas götürülərək “Xalq nəzarəti və sahibkarlıq” qəzetinin adının MŞ-nin “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb.


MŞ-nin Şikayətlər üzrə Komissiyasının 5 avqust 2014-cü il tarixli iclasında “Mizrab” jurnalının ilk sayındaca peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. İdarə Heyəti rəyi əsas tutaraq mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılmasını tövsiyə edib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Aktual.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində də Şikayətlər üzrə Komissiyanın rəyinə istinad edilib. Məlumat verilib ki, xəbər portalı narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatına hazırdır. Bu, şikayətçi tərəfi də qane etdiyindən məsələ qapanmış sayılıb.


İdarə Heyətinin iclasında Şəki şəhərində görkəmli Azərbaycan rejissoru Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sənədli filmlər festivalına hazırlıqla bağlı müzakirələr də aparılıb. MŞ-nin beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Mətbuat Şurası media quruluşları ilə yaxın təmaslara malik olduğundan Şura belə bir missiyanın gerçəkləşdirilməsini də həyata keçirə bilər. Festivalın oktyabr ayında təşkilinin mümkünlüyünü vurğulayan C.Feyziyev qarşıdakı müddətdə tədbirə hazırlığın vəziyyətinin yenidən müzakirə ediləcəyini, təkliflərin qruplaşdırılacağını deyib. 


Mətbuat Şurası Azərbaycan mətbuatı ilə bağlı xarici ölkələrdə məxəzlərin ölkəmizə gətirilməsi istiqamətində də iş aparmaqdadır. Bunun üçün Mətbuat Şurasının tərkibində ayrıca Fondun yaradılması nəzərdə tutulur. Artıq “Şərqi rus”, “Həyat” və XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərin orijinal nüsxələri ölkəmizə gətirilib. 


MŞ-nin İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət türkdilli ölkələrin sənədli filmlər festivalını ölkə miqyaslı hadisə kimi dəyərləndirməklə tədbirin Azərbaycan tarixində mühüm rol oynamış qədim Şəkidə təşkilini əlamətdar cəhət kimi önə çəkiblər. 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »