Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 2017-ci ildə son iclası keçirilib. Toplantını giriş sözü ilə açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Samux rayon Təhsil Şöbəsinin məsul şəxsi Nurəddin Babayevin şikayəti olub. Şikayətdə jurnalist adından, vətəndaşların etibarından sui-istifadə halı diqqətə çatdırılıb. Komissiya bu məsələnin hüquqi müstəvidə araşdırılmasına və toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsinə dair rəy çıxarıb. 

Saatlı rayon Qıraqlı kənd sakini Azər Cahangirovun «azerinform» saytının əməkdaşı Surxay Cahangirovla bağlı şikayəti müzakirə edilərkən məlumat verilib ki, həqiqətən də barəsində narazılıq olan şəxs saxta jurnalist vəsiqəsindən istifadə edib. Bununla əlaqədar o, rayonun polis şöbəsinə çağrılıb, xəbərdarlıq olunub. Məsələ hüquqi müstəvidə araşdırılmaqdadır. 

Dövlət Təhlükəsizlik Komitəsinin ehtiyatda olan zabiti Bahadur Qocayevin «Gununsesi.info» saytına qarşı şikayətinin müzakirəsi yekununda bu rəyə gəlinib ki, sayt tənqid obyektinin mövqeyini də işıqlandırmalıdır. 

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan milli parkının «Realnewsinfo.com» və «Real media» saytlarına qarşı şikayəti olub. Bununla əlaqədar belə rəyə gəlinib ki, qarşı tərəfin hazırladığı təkzib materialı cavabdeh KİV-lərdə yayımlansın. 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovun «pia.az» saytına qarşı şikayəti ilə əlaqədar olaraq bildirilib ki, mübahisə doğuran yazı vaxtilə digər saytlarda yayımlanıb və təkzib edilib. Buna görə də həmin yazının «pia.az» saytından çıxarılması məqsədəuyğun sayılıb. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsinin «azerinfo.az» saytı ilə bağlı şikayəti isə tərəflər arasında barışıq əldə olunduğundan gündəlikdən çıxarılıb.  


 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »