Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Əflatun Amaşov Gürcüstanda səfərdə olub

-

Deputat çoxsaylı görüşlər keçirib

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 25-dən 28-dək Gürcüstanda səfərdə olub. 

Səfərin ilk günündə Ə.Amaşov Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə görüşüb. Görüşdə soydaşlarımızın kompakt məskunlaşdıqları bölgədə həyata keçirilən islahatlar haqqında, Borçalı türklərinin son illər Gürcüstan cəmiyyətinə inteqrasiyasından, həmçinin dost və qardaş, mehriban ölkələr olan Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından söhbət açıb. P. Xizanişvili bildirib ki, Gürcüstan prezidenti və baş naziri martın 21-də keçirilən Novruz bayramı tədbirində Marneuliyə səfər ediblər, sakinlərə təbriklərini çatdırıblar.

Ə.Amaşov soydaşlarımız olan gənclərin Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında təhsil almalarının və dövlət dilini öyrənmələrinin vacibliyini vurğulayıb. O, üç minədək azərbaycanlı tələbənin universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil almalarını sevindirici hal olaraq qiymətləndirib.

***

Səfərin ikinci günündə Ə.Amaşov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb.Gürcüstan parlamentinin deputatları - Ruslan Hacıyevin, Tamaz Naverianinin və Mahir Dərziyev də iştirak etdikləri görüşdə hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının aktiv və səmərəli fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda təkliflər paketinin işlənib hazırlanması barədə razılığa gəlinib. Bu xüsusda mədəni, idman və digər vacib sahələrdə, həmçinin sərhədyanı ərazilərdə görüşlər və tədbirlərin keçirilməsi üçün planın müəyyənləşdirilməsi qərara alınıb. Ə.Amaşov ilk tədbir kimi Gürcüstanın və Azərbaycan deputatlarının hər iki ölkəyə qarşılıqlı səfərlərinin həyata keçirilməsini irəli sürüb.

***

Ə.Amaşov səfərin növbəti günü Gürcüstanda fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri ilə görüşüb. Paytaxt Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə deputat Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafından, bu işə soydaşlarımız olan gənclərin töhfəsindən söz açıb. O, “Ceyran” rəqs qrupuna 20 dəst milli geyim forması hədiyyə edib. Bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gürcüstandakı soydaşlarımıza dəstəyi bununla kifayətlənməyəcək. Bu cür yardımlar davamlı olacaq. 

Rəqs qrupunun rəhbəri Ceyran Qurbanova məlumat verib ki, qrupda azərbaycanlılarla yanaşı, gürcülər də çalışırlar, milli rəqslərimizi öyrənirlər. Bu isə hər iki xalq arasında dostluq və mədəni əlaqələrin inkişafından, qarşlıqlı inam və etimaddan qaynaqlanır.

Əflatun Amaşov həmçinin M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə kitablar hədiyyə edib. 

***

Deputat martın 28-də həmçinin azərbaycanlıların kompakt yaşadığı Marneulidə yeni açılan Mərkəzi Kitabxanaya da 1048 kitab hədiyyə edib. Həmin gün kitabxanada düzənlənmiş tədbirdə Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, rayon icra hakimiyyətinin başçısı Akif Əliyev və başqaları iştikar ediblər.

Ə. Amaşov çıxışında vurğulayıb ki, Azərbaycan dövlətinin məqsədi Gürcüstanda yaşayan soydaşlarımızın hərtərəfli inkişafıdır. Bunun üçün isə azərbaycanlı oxucuları da kitabxanalara cəlb etmək vacibdir. 

***

Ə.Amaşov Gürcüstanda nəşr olunan Azərbaycandilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədovu və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlunu rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib. O bildirib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər. Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir. Həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir. Bununla yanaşı jurnalistlərin Gürcüstanda yaşayan soydaşlarımızın durumuna həssas yanaşmaları, onların üzləşdikləri çətinlikləri daim gündəmdə saxlamaları mühüm peşəkarlıq keyfiyyətidir. 

B.Məmmədov və N.Almazoğlu çıxışlarında əməklərinə verilən dəyərdən məmnunluqlarını ifadə ediblər. 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »